Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1682/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, X2 Bakı şəhəri X7 İdarəsinin TP ******* saylı 22 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri X7 İdarəsinin TP ******* saylı 22 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X4 inzibati tənbeh vermə haqqında qərardan şikayəti icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri X7 İdarəsinin TP ******* saylı 22 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X7 İdarəsinə göndərilmişdir. Şikayət ərizəsindən görünür ki, Bakı şəhəri X7 İdarəsi tərəfindən işə yenidən baxılaraq qərar qəbul edilmişdir. X1 tərəfindən həmin qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhəri X7 İdarəsinin TP ******* saylı 22 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin icraata qəbulundan imtina olunmalı və şikayəti geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Bakı şəhəri X7 İdarəsinin TP ******* saylı 22 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1682/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1682/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver