Məhkəmə qərarları › İş №3(011)-1683/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1683/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1683/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 12 noyabr 2020-ci il tarixli, 00100-2196/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi X3 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilərək barələrində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/028425 nömrəli 08.10.2020-ci il tarixli raport, 21,09.2020-ci il tarixli “yoxlama haqqında” protokola əsasən 21 sentyabr 2020-ci il tarixdə saat 14:00-da “İpək Yolu” gömrük postunda “xxxx” MMC-nin ünvanına ÇXR-dan TT955TN/DD855T nömrə nişanlı avtomaşında daxıl olmuş və **********5413 saylı GB ilə bəyan edilmiş “Howo və Shacman markalı yük avtomobilləri üçün ehtiyat hissələri” yükünə gömrük yoxlaması keçirilən zaman, “Shacman” və “Hova” markalı yük avtomobillərində istifadə etmək üçün nəzərdə tutulmuş 4 ədəd 168 kq ilişmə diskinin aparıcı diski (feredo), 3 ədəd 96 kq təkər topu (stupitsa), 5 ədəd 105 kq dişli çarx (şestirna), 5 ədəd 110 kq paylayıcı val, 4 ədəd 78 kq körpü-most hissəsi (panama, yəni kardanı mosta birləşdirən hissə), 4 ədəd pompa (nasos) hissəsi , 510 kq çəkidə 20 ədəd 1,7 metr uzunluğunda resor üstləri, 8 ədəd 114 kq kuza hissəsi olan resor başlığı (ümumilikdə 1164 kq çəkidə) aşkar edilərək götürülmüşdür. İnzibati araşdırma zamanı sorğu-sual edilmiş faktı aşkar edən gömrük əməkdaşı X2 izahatında göstərmişdir ki, “xxxx” MMC tərəfindən 25.9.2020-ci il tarixdə **********5413 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, TT955TN/DD855T nömrə nişanlı yük avtomobilindən Azərbaycan Respublikasına gətirilən malları 21 sentyabr 2020-ci il tarixdə saat 14:00-da “ipək Yolu” gömrük postunda onun tərəfindən yoxlanılmışdır. Yoxlama nəticəsində “xxxx” MMC-nin ünvanına ÇXR-dan TT955TN/DD855T nömrə nişanlı avtomaşında daxıl olmuş və **********5413 saylı GB ilə bəyan edilmiş “Howo və Shacman markalı yük avtomobilləri üçün ehtiyat hissələri” yükünə gömrük yoxlaması keçirilən zaman, artıq yük aşkar edilmişdir: 4 ədəd 168 kq ilişmə diskinin aparıcı diski (feredo) , 3 ədəd 96 kq təkər topu (stupitsa), 5 ədəd 105 kq dişli çarx (şestirna), 5 ədəd 110 kq paylayıcı val, 4 ədəd 78 körpü (most) hissəsi , 64 kq pompa (nasos) hissəsi , 510 kq resor, 8 ədəd 114 kq kuza hissəsi, ümumilikdə 1164 kq artıq yük aşkar edilərək götürülmüşdür. Buna görə də tərəfindən protokol tərtib edilmişdir. Mallara görə rüsumlar çəkiyə görə tutulduğuna görə belə yazmışdır. Ancaq onların hər birinin sayı ona məlumdur. Gömrük oorqanına bəyan edilməmiş yüklər “Shacman” və “Hova” markalı yük avtomobillərində istifadə etmək üçün nəzərdə tutulmuş 4 ədəd ilişmə diskinin aparıcı diski (feredo), 3 ədəd təkər topu (stupitsa), 5 ədəd dişli çarx (şestirna), 5 ədəd paylayıcı val, 4 ədəd körpü-most hissəsi (panama, yəni kardanı mosta birləşdirən hissə), 4 ədəd pompa (nasos) hissəsi , 20 ədəd 1,7 metr uzunluğunda resor üstləri, 8 ədəd kuza hissəsi olan resor başlığından ibarətdir. **********5413 sorğu nömrəli 25.09.2020-ci il tarixli Gömrük bəyannaməsi və mal müşayiət sənədlərindən görünür ki, “xxxx” MMC-nin ünvanına ÇXR-dan TT955TN/DD855T nömrə nişanlı avtomaşında daxıl olmuş yüklər bəyan edilərkən 4 ədəd 168 kq ilişmə diskinin aparıcı diski (feredo), 3 ədəd 96 kq təkər topu (stupitsa), 5 ədəd 105 kq dişli çarx (şestirna), 5 ədəd 110 kq paylayıcı val, 4 ədəd 78 kq körpü-most hissəsi (panama, yəni kardanı mosta birləşdirən hissə), 4 ədəd pompa (nasos) hissəsi , 510 kq çəkidə 20 ədəd 1,7 metr uzunluğunda resor üstləri, 8 ədəd 114 kq kuza hissəsi olan resor başlığı gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4514 nömrəli 10.11,2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda avtomobil hissələrinin ümumilikdə 18.09.2020-ci il tarixə orta bazar qiyməti 4535,00 manat təşkil edir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs (VÖEN **********) Çin Xalq Respublikasında fəaliyyət göstərən “Tebgyanhong” şirkətindən JF56EK2005 nömrəli 25.05.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə FESU2103357 nömrəli konteynerdə göndərilmiş, TT955TN/DD855T nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə 18 sentyabr 2020-ci il tarixdə saat 20:36-da Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş malları 25 sentyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5413 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd edilməyən “Shacman” və “Hova” markalı yük avtomobillərində istifadə etmək üçün nəzərdə tutulmuş bir ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 4 ədəd ilişmə diskinin aparıcı diski (feredo), bir ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 120 manat təşkil edən 3 ədəd təkər topu (stupitsa), bir ədədinin dəyəri 160 manat olmaqla ümumi dəyəri 800 manat təşkil edən 5 ədəd dişli çarx (şestirna), bir ədədinin dəyəri 115 manat olmaqla ümumi dəyəri 575 manat təşkil edən 5 ədəd paylayıcı val, bir ədədinin dəyəri 110 manat olmaqla ümumi dəyəri 440 manat təşkil edən 4 ədəd körpü-most hissəsi (panama, yəni kardanı mosta birləşdirən hissə), bir ədədinin dəyəri 190 manat olmaqla ümumi dəyəri 760 manat təşkil edən 4 ədəd pompa (nasos) hissəsi, bir ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edən 20 ədəd 1,7 metr uzunluğunda resor listləri, bir ədədinin dəyəri 55 manat olmaqla ümumi dəyəri 440 manat təşkil edən 8 ədəd kuza hissəsi olan resor başlığından ibarət olmaqla ümumi dəyəri az miqdarda, yəni 4535 manat təşkil edən malları gömrük orqanına bəyan etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Çin Xalq Respublikasında fəaliyyət göstərən “Tebgyanhong” şirkətindən JF56EK2005 nömrəli 25.05.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə FESU2103357 nömrəli konteynerdə göndərilmiş, TT955TN/DD855T nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə 18 sentyabr 2020ci il tarixdə saat 20:36-da Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş malları 25 sentyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5413 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd edilməyən “Shacman” və “Hova” markalı yük avtomobillərində istifadə etmək üçün nəzərdə tutulmuş bir ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 4 ədəd ilişmə diskinin aparıcı diski (feredo), bir ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 120 manat təşkil edən 3 ədəd təkər topu (stupitsa), bir ədədinin dəyəri 160 manat olmaqla ümumi dəyəri 800 manat təşkil edən 5 ədəd dişli çarx (şestirna), bir ədədinin dəyəri 115 manat olmaqla ümumi dəyəri 575 manat təşkil edən 5 ədəd paylayıcı val, bir ədədinin dəyəri 110 manat olmaqla ümumi dəyəri 440 manat təşkil edən 4 ədəd körpü-most hissəsi (panama, yəni kardanı mosta birləşdirən hissə), bir ədədinin dəyəri 190 manat olmaqla ümumi dəyəri 760 manat təşkil edən 4 ədəd pompa (nasos) hissəsi, bir ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edən 20 ədəd 1,7 metr uzunluğunda resor listləri, bir ədədinin dəyəri 55 manat olmaqla ümumi dəyəri 440 manat təşkil edən 8 ədəd kuza hissəsi olan resor başlığından ibarət olmaqla ümumi dəyəri az miqdarda, yəni 4535 manat təşkil edən malları gömrük orqanına bəyan etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində malların dəyərinin qırx faizinədək məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 40 faiz miqdarında, yəni 1814 (bir min səkkiz yüz on dörd) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan predmetlər gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq dövlət hesabına ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar