Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1689/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 01.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 19.03.2021-ci il tarixdə Şəxs MMC istifadəsində olan torpaq sahəsində mövcud olan 26 ədəd ağacı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan köçürmüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5 barələrində tərtib olunmuş protokolla razılaşmayaraq, 15000 manat məbləğində cərimənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənildiyini və bununla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X7 tərəfindən tərtib olunmuş 01.04.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 19.03.2021-ci il tarixdə Şəxs MMC-nin istifadəsində olan torpaq sahəsində mövcud olan yaş bioloji inkişafda 26 ədəd ağacın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan köçürməsi əsas gətirilərək barəsində İXM-nin 253-1.2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 mart 2021-ci il tarixli 69319 nömrəli aktından məlum olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə ünvan 1 ünvanında yaşayan X1 və Təranə Əfəndiyevanın “xxxx” MTK tərəfindən 50-ə yaxın qanunsuz ağac kəsilməsi ilə bağlı daxil olmuş şikayətləri idarənin 03.03.2021-ci il tarixli sərəncamına əsasən tərəflərindən şikayətçilərin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi İlham Sərdarov yazılı izahat verərək 19.03.2021-ci il tarixdə gecə saatlarında binada tikinti işləri aparan şirkət tərəfindən ona məxsus obyektin söküldüyünü, əlavə olaraq burada olan ağacların çıxarılaraq yerlərinin dəyişdirildiyini qeyd etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Xətai rayonu, Cavanşir küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində Bakı şəhəri İcra Hakimiyyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, ETSN X6 Agentliyinin və sair qurumların müvafiq sənədləri əsasında Şəxs MMC tərəfindən “Olimpus Nobel” layihəsi altında yaşayış binaları tikintisi aparılır. Hal-hazırda sözügedən ərazidə 2 ədəd 12 mərtəbəli yaşayış binasının inşası davam edir. Layihədə nəzərdə tutulmuş 3-cü binanın ərazisində mövcud olan 23 ədəd (dm 16-40 sm) şam, 3 ədəd (dm 18-36 sm) sərv ağacının köçürülməsi üçün qeyd olunan şirkət tərəfindən ETSN X6 Agentliyinə müraciətlər olunsa da müsbət rəy verilməmişdir. Lakin 19.03.2021-ci il tarixdə şirkətin nümayəndələri ağır texnikalar vasitəsi ilə yuxarıda qeyd olunan 26 ədəd ağacı torpaq qatı ilə birlikdə MMC-yə ayrılmış digər torpaq sahəsinə köçürmüşlər. Araşdırma MMC-nin nümayəndəsi Mehdi Bəbirovun iştirakı ilə aparılmışdır. Araşdırma müddətində MMC tərəfindən idarəyə verilən arayışda “qeyd olunan ağacları bu sahədə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə hər bir ağacın ətrafında olan 2 metr torpaq ilə birlikdə köçürüldüyünü, ağaclara köçürüldükdən dərhal sonra sulama aqrotexniki xidmət göstərildiyini” bildirmişdir. Əraziyə Mehdi Bəbirovun iştirakı ilə baxış keçirilmişdir, məlum olmuşdur ki, köçürülmüş ağaclar 1-2 metr ara məsafəsi ilə əkilmiş, suvarma üçün həmin əraziyə borular çəkilmişdir. Lakin ETSN X6 Agentliyinin müvafiq rəyi olmadan ağacları köçürməklərinin qanun pozuntusu olması nümayəndəyə izah olunmuşdur. Köçürülmüş 26 ədəd müxtəlif diametrli ağacların yaş halda bioloji halda inkişafda olduğu müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı “Yaşıllıqların götürülməsi” qaydasının tələblərini pozaraq inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyinin 22.02.2021-ci il tarixli ER-22/69 saylı ekoloji ekspertiza rəyinin icrası zəruri olan ekoloji tələblər hissəsində qeyd edilmişdir ki, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsi ünvanında Şəxs MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış binalarının inşası zamanı aşağıda olan ekoloji tələblərə ciddi riayət olunmalıdır: 1) inşaat işləri müddətində əmələ gələn bərk tullantıların qanunvericiliyin tələblərinə müvafiq qaydada idarə olunmasının təmin olunması, təkrar istifadəsi (emalı) mümkün olan tullantıların aidiyyəti üzrə təhvil verilməsi; 2) ayrılmış ərazinin sərhədləri daxilində olan mövcud yaşıllıqların tam mühafizəsinin təmin olunması, onların maşın və mexanizmlərin istifadəsi zamanı zədələndirilməsi hallarına yol verilməməsi, həmin yaşıllıqların gələcəkdə ərazinin landşaft elementi kimi saxlanılmasının təmin edilməsi; 3) binaların xarici kommunikasiya xətlərinin aidiyyəti icra orqanlarının texniki şərtləri əsasında birləşdirilməsinin təmin olunması; 4) işlərin icrası müddətində ətraf mühitə atılan tullantılar üzrə ilkin hesabat sənədlərinin tərtib olunması, ödəmə haqqlarının hesablanaraq Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilməsinin təmin edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1-ci maddəsinin müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı “Yaşıllıqların götürülməsi” haqqında qərarına əsasən Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin qərarın 2.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 19.03.2021-ci il tarixdə Şəxs MMC tərəfindən istifadəsində olan torpaq sahəsində mövcud olan 26 ədəd ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan köçürüldüyü üçün barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 mart 2021-ci il tarixli 69319 nömrəli aktından da göründüyü kimi Şəxs MMC tərəfindən 26 ədəd ağacın köçürülməsi barədə müraciət olunmuş, lakin müsbət rəy alınmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş fotoşəkillərdən də məlum olur ki, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsi ünvanında Şəxs MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış binalarının inşası zamanı müvafiq rəy olmadan köçürülməsi qadağan olunan yaşıllıqlar köçürülmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs MMC-nin protokol üzrə qərar çıxarlmadan, ehtimal edilən cərimə cəzasını əvvəlcədən ödəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1689/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1689/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver