Məhkəmə qərarları › İş №3(011)-1690/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1690/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1690/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Hüquqi şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-760/2019 saylı icra sənədi üzrə yaranmış borcunu könüllü icra müddətinin bitməsinə, dəfələrlə verilmiş xəbərdarlıqlara baxmayaraq ödəmədiyindən, borclunun hal-hazırki borcu 96049.2 manat təşkil edir. Beləliklə, hüquqi şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1690/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs2 MMC-nin rəhbəri Şəxs1 barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1428/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs2 MMC-nin rəhbəri Şəxs1 barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1690/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs2 MMC-nin rəhbəri Şəxs1 yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin o bildirmişdir ki, Şəxs2 MMC-nin hesabları barədə sorğu göndərilmiş, lakin vəsait gizlətməsi barədə heç bir məlumat əldə edilməmişdir. Gələcəkdə icradan yayınmaq üçün də Şəxs2 MMC-nin əmlakının özgəninkiləşdirməsi barədə də heç bir məlumat əldə olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 izahat verərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-760/2019 saylı icra sənədi əsasən Şəxs2 MMC-dən 96019.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməsi qət edilmişdir. İcra sənədini icra etməkdən boyun qaçırmır, lakin maddi vəziyyəti ağır olduğundan icra sənədində göstərilən məbləğdə borcu bu vaxtadək ödəyə bilməmişdir. Həmçinin o bildirmişdir ki, hal-hazırkı vaxtadək Şəxs2 MMC müflis olmamışdır və hazırkı dövrədək fəaliyyətini davam etdirir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs ASC-nə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)- 760/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs2 MMC-dən 96019.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-760/2019 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs2 MMC-yə göndərilmiş və Şəxs1 tərəfindən imza edilməklə qəbul edilmişdir; xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-760/2019 saylı icra sənədini könüllü olaraq icra etmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-760/2019 saylı icra sənədi üzrə yaranmış borcunu könüllü icra müddətinin bitməsinə, dəfələrlə verilmiş xəbərdarlıqlara baxmayaraq ödəmədiyindən, borclunun hal-hazırki borcu 96049.20 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs2 MMC-nin rəhbəri Şəxs1 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs2 MMC-nin rəhbəri Şəxs1 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-760/2019 saylı icra sənədi üzrə olan borc vaxtında ödənilmədiyindən və icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədiyindən, ödənilməli olan məbləğ ümumilikdə 96049.20 manat təşkil etmişdir. Şəxs1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, hüquqi şəxs Şəxs2 MMC müflis olmamışdır və hal-hazırkı dövrdə də fəaliyyət göstərir. Hüquqi şəxsin fəaliyyət göstərməsinə baxmayaraq icra sənədi üzrə heç bir ödəniş edilməmişdir, bu isə özlüyündə Şəxs2 MMC-nin icradan qərəzli olaraq yayındığının göstəricisidir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar Şəxs2 MMC-nin rəhbəri Şəxs1 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs2 MMC-nin rəhbəri Şəxs1 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 4 ay müddət keçmişdir. Bu isə onu göstərir ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən Şəxs2 MMC-nin rəhbəri Şəxs1 barəsində inzibati tənbeh tətbiq edilə bilməz Beləliklə, məhkəmə hesab edir ki, Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs2 MMC-nin rəhbəri Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar