Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1691/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 29.03.2022-ci il tarixli EQ seriyalı ******* və 23.01.2022-ci il tarixli EQ seriyalı ******* saylı protokollar əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 29.03.2022-ci il tarixli EQ seriyalı ******* və 23.01.2022-ci il tarixli EQ seriyalı ******* saylı protokolların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərarlardan aydın olur ki, X1 29.03.2022-ci il tarixdə 12:05-də Bakı şəhəri, Həsən Salmani küçəsində “Chevrolet Cruze minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, X1 23.01.2022-ci il tarixdə 08:13-də Bakı şəhəri, Həsən Salmani 3 küçəsində “Chevrolet Cruze minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 29.03.2022-ci il tarixli EQ seriyalı ******* və 23.01.2022-ci il tarixli EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokollar əsasında tərtib edilmiş qərarlardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 29.03.2022-ci il tarixli EQ seriyalı ******* və 23.01.2022-ci il tarixli EQ seriyalı ******* saylı protokolların ləğv edilməsini xahiş etsə də, qanunvericilikdə inzibati tənbeh vermə haqqında bir neçə qərarın ləğv edilməsinə dair şikayətə bir icraatda baxılması nəzərdə tutulmadığından, şikayətçiyə hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda məhkəməyə müraciət etməsi qaydası izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X1 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 29.03.2022-ci il tarixli EQ seriyalı ******* və 23.01.2022-ci il tarixli EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokollar əsasında tərtib edilmiş qərarlardan verdiyi şikayəti X2 geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1691/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1691/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver