Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1692/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M "D" Massivi, ev 13, mənzil 128-də qeydiyyatda olan Vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 27 aprel 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən “X10" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 1 ünvanında - Yüksək Texnologiyalar Parkı ərazisində "X10” MMC-yə icarəyə verilmiş 4300 kv.m torpaq sahəsindən ərizəçi “X10" MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə ərizəçinin işçilərinin, yüklərinin buraxılmasına və tikinti işlərinin həyata keçirilməsinə “AMEA Yüksək Texnologiyalar Parkı" MMC tərəfindən maneələr yaradılması xx.xx.2023-cü il tarixdən qadağan edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və zərərçəkmiş şəxs “X10" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru vəzifəsində işləyir. “X10" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 1 ünvanında - Yüksək Texnologiyalar Parkı ərazisində "X10” MMC-yə icarəyə verilmiş 4300 kv.m torpaq sahəsindən ərizəçi “X10" MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə ərizəçinin işçilərinin, yüklərinin buraxılmasına və tikinti işlərinin həyata keçirilməsinə onun tərəfindən maneələr yaradılmışdır. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin izahatını araşdıraraq hesab edir ki, vəzifəli şəxs X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin dərhal könüllü icra edilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru Vidadi Mahmudov 2 hal şahidi, “X10" MMC-nin nümayəndəsi X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X8 ilə birlikdə ünvan 1 ünvanında olmuş, torpaq sahəsindən ərizəçi “X10" MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə ərizəçinin işçilərinin, yüklərinin buraxılmasına və tikinti işlərinin həyata keçirilməsinə maneələr yaradılması X5 qadağan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, X1 etirafını,təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1692/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1692/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver