Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1701/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Xətai rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi haqqında X3 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd etməyi zəruri hesab edirəm ki, yuxarıda qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, barəsində qərar çıxarılmış fiziki şəxsin iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Lakin məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə saat 23:00-da Sarayevo küçəsi “Khazar SD minik” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi göstərilmiş, bununlada Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etsə də, sözügedən qərar X1 barəsində qəbul edildiyindən, sonuncunun həmin qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunan halları, inzibati qanunvericiliyin tələblərini, X2 digər şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xətai rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə dair vermiş olduğu şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1701/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1701/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver