Məhkəmə qərarları › İş №3(011)-1702/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1702/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1702/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli 1400-1197/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Rusiya Federasiyasında fərdi sahibkar kimi fəaliyyət göstərən Abdulloevdilşod Nemətulloeviç tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına xx.xx.2020-ci il tarixdə 54819024 nömrəli vaqonla 629727 rubl dəyərində 89961 m3 həcmində (54850 kq çəkidə) “6 mm-dən çox qalınlığı olan meşə materialları” yükü idxal olunmuşdur. Lakin qeyd olunan yük Azərbaycan Respublikasının gömrük sərhəddinə çatdırılmazdan əvvəl idxalatçı Şəxs tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Bu fakt Şimal Ərazi Baş Gömrük İdarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2020-ci il tarixli, 34/012/008212 saylı raportu və hüquqi şəxsin qanuni təmsilçisinin sorğu-sual edilməsi haqqında protokolla təsdiq təsdiq olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Şəxs protokola etirazla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 34/012/008212 nömrəli rapotrdan görünür ki, xx.xx.2020-cİ il tarixdə Şəxs MMC tərəfindən Rusiya Federasiyasından **********02128 nömrəli mal qeydiyyat kodu ilə idxal etdiyi bir vaqon (54819024) “taxta materialı” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat ŞöbəsininTəhqiqat bölməsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli 1400-1197/20 nömrəli protokoldan görünür ki, Şəxs ünvanına Rusiya Federasiyasından 54819024 nömrəli vaqonla gələn yüklər idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair gömrük orqanlarına elektron formada qısa idaxl bəyannaməsi verilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Gömrük İdarəsinin barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Gömrük İdarəsində sorğu-sual edilmiş və Ə.N.Tağıyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şəxs MMC-nın qanuni təmsilçisidir, müəssisənin əsas fəaliyyətinin istiqaməti taxta və taxta məhsullarının idxal və ixracından ibarətdir. Elə bu məqsədlə Rusiya Federasiyasında fərdi sahibkar kimi fəaliyyət göstərən Abdulloevdilşod Nematulloeviçdən Şəxs MMC-nin ünvanına 629727 rubl dəyərində, 89961 m3 həcmdə (54850 kq. çəkidə) “6 mm-dən çox qalınlığı olan meşə materialları” yükünü idxal edilmişdir. Həmin yük xx.xx.2020-ci il tarixdə 54819024 nömrəli vaqonla “Yalama” gömrük postuna çatdırılmış, həmin yükə aid yük müşayiətedici sənədlər ixracatçı şirkət tərəfindən ona elektron formada xx.xx.2020-ci il tarixdə göndərilmiş, lakinşəxsi işləri ilə əlaqədar başlarıı qarışıq olduğu üçün idxal etdikləri yük gömrük postuna çatdırılmazdan əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etmək yaddan çıxmışdır.Buna görə də yüklər əvvəlcədən elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmiş yüklər kimi qeydə alınmışdır; Şəxs MMC məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli, HŞ-4800 nömrəli etirazda bildirmişdir ki, Şəxs MMC-nin ünvanına ölkə ərazisinə vaqonla yük gətirilmiş, qısa idxal bəyannaməsi bir neçə saat gec verilmişdir. Qeyd edilən halda inzibati xəta tərkibi yoxdur. Belə ki, dünyada, o cümlədən ölkədə yayılmış “Covid-19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Opetariv Qərargah tərəfindən mart ayından hal-hazıradək davam edən karantin rejimi elan edilmişdir. Opetariv Qərargah tərəfindən karantin rejimi dövründə müəssisələrə işçilərin növbəlilik əsasında işə çıxarılması tövsiyyə olunmuşdur. Bu səbəbdən Şəxs MMC-nin işçiləri karantin rejimi dövründə növbəlilik əsasında işə çıxmış, bu isə müəssisənin fəaliyyətində müəyyən gecikmələr yaratmış və qeyd edilən hadisə də məhz bu səbəbdən yaranmışdır. Qısa İdxal bəyannaməsi verən işçinin həmin gün ev günü olmuş, işçi işə çağrıldıqda artıq vaqon ölkə ərazisinə daxil olmuş, lakin buna baxmayaraq yenə də qısa idxal bəyannaməsi verilmişdir. Şirkətin ümumi fəaliyyətini yoxladıqda görünür ki, MMC heç bir vaxt bu maddə ilə məsuliyyətə cəlb edilməmişdir. Göründüyü kimi qeyd edilən hadisənin yaranmasına səbəb Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Opetariv Qərargahın qəbul etdiyi karantin rejimi qaydalarına əməl edilməsi olmuşdur. Həmin vəziyyət mövcud olmasa idi hal-hazırki gecikmədə mövcud olmayacaqdır. Yəni bu gecikmə şirkətin məsuliyyətə cəlb edilməsi üçün əsas yaratmamaqdadır. Belə ki, İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda. Odur ki, göstərilənlərin nəzərə alınaraq məhkəmədən Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına 54819024 nömrəli vaqonla gələn xx.xx.2020-ci il tarixdə 54819024 nömrəli vaqonla 629727 rubl dəyərində 89961 m3 həcmində (54850 kq çəkidə) “6 mm-dən çox qalınlığı olan meşə materialları” yükü idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idaxl bəyannaməsi verilməmişdir. Məhkəmə hüquqi şəxsin etirazında qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, karantin rejiminin olması hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar