Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1702/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 31 mart 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 fevral 2021-ci il tarixli sorğusuna əsasən mülkiyyətində olan «LEXUS NX300» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 fevral 2021-ci il tarixli sorğusu hüquqi şəxsin ünvanına daxil olmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, həqiqətən də Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu məktubu ünvanlanmış və həmin məktubda «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan «LEXUS NX300» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi cəmiyyətdən xahiş olunmuşdur. Səlahiyyətli orqanın həmin sorğu məktubu 21.02.2021-ci il tarixdə Yusifova soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «LEXUS NX300» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur; SS710288166AZ nömrəli xəbərnamənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 21.02.2021-ci il tarixdə Yusifova soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X4 Təcrübə üzrə baş inspektoru, polis mayoru X6 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 31 mart 2021-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «LEXUS NX300» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, qeyd edilən protokol ilə bağlı polis idarəsinin məhkəməyə təqdim etdiyi sənədlər həqiqəti əks etdirməyərək bilərəkdən şirkəti inzibati məsuliyyətə cəlb etdirmək məqsədi güdülür. Çünki, polis orqanı guya şirkətə sorğu göndərmiş və şirkət bunu vaxtında cavablandırmamışdır və sorğunun göndərilməsi əsası kimi məhkəməyə SS710286166AZ ştrix kodla olan poçt qəbzi təqdim edilmişdir. Məlumdur ki, hər bir məktubun ştrix kodu unikaldır və ştrix kodun yenidən başqa bir məktuba verilməzi ümumiyyətlə istisna edilir. Həqiqətən polis orqanı poçt zərfinin üzərində SS710286166AZ ştrix kod olan məktubu şirkətə göndərib, lakin bu məktub sorğu olmayıb. Şirkətdə həmin SS710286166AZ ştrix kod olan poçt zərfi və məktub mövcuddur və bu etiraza əlavə olunur. Həmin zərfdə hər hansı sorğu yox, sığorta ilə bağlı 25.02.2021-ci il tarixdə şirkətin səlahiyyətli nümayəndəsinin çağrılmasına dair 19.02.2021-ci il tarixli 101-476 nömrəli məktubdur. Poçt zərfi üzərində olan ştamplardan göründüyü kimi məktub polis orqanından 01.03.2021-ci ildə çtxmış və 04.03.2021-ci il tarixində şirkətin poçt şöbəsinə daxil olmuşdur. Bundan başqa məhkəməyə təqdim edilmiş poçt qəbzində qəbul edilmə tarixi 9 ikinci ay deyil, ən yaxşı halda 9 üçüncü aydır və bunu təsdiq edən fakt həmin qəbzdə olan ştampda olan mart (03) ayının göstərilməsindir. Beləliklə, polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məktubların və sorğunun heç biri şirkətə göndərilməyib, göndərilən məktub tamamilə başqa məzmunludur. Məhkəmənin iş materiallarında olan SS710286166AZ ştrix kod olan poçt qəbzi həmin məktub və soğuların heç birinə aid deyil. polis orqanından şirkətdə göndərilmiş yeganə məktub SS710286166AZ ştrix kod olan poçt zərfi və sığorta ilə bağlı 25.02.2021-ci il tarixdə şirkətin səlahiyyətli nümayəndəsinin çağrılmasma dair 19.02.2021-ci il tarixli 101-476 nömrəli məktubdur. İnzibati xəta hadisəsi olmadığından, “xxxx” MMC təqsirli bilinərək məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 53.0.1. maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıq da inzibati xətalar haqqında islər fizrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənləri nəzərə alaraq, İXMnin 53 və 114.1.4-cü maddələrini rəhbər tutaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsi “xxxx” MMC barəsində tərtib edilməmiş 31 mart 2021-ci il tarixli AP ******* nömrəli İnzibati xəta haqqında Protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1702/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1702/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver