Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1706/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 08 mart 2022-ci il tarixdə saat 17:24 radələrində Xətai rayonu 8 Noyabr prospekti ilə hərəkətdə olarkən idarə etdiyi “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobildə müvafiq icazə olmadan sayrışan işıq siqnalları aşkar edilmişdir. Bakı şəhəri X13 İdarəsinin polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 aprel 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 19 aprel 2022 il tarixində saat 10 radələrində Bakı şəhər DYPİ-nin yol patrul əməkdaşları onu Xətai rayonu ərazisində qanunsuz olaraq saxladılar və ona heç bir aydınlıq gətirmədən və İnzibati Xətalar Məcəlləsinin 96-97 maddəsinə və 100-cü maddəsinin tələblərini kobud pozaraq, yəni qanunsuz heç bir idarə etmədən kənarlaşdırılma barəsində protokol tərtib etmədən onu sükandan kənarlaşdırdılar və yerində inzibati xəta haqqında yol patrul xidmətinin avtopatrul maşınından portaldan protokol çıxarıb tərtib etmədən idarə etdiyi Mersedes markalı ** XN *** dövlət qeydiyyatlı avtomaşınını dayanacağa aparıb qoydular və bildirdilər ki, "gedərsən Talıb müəllimin otağına və orada bilərsən". Bununla da İXM-nin 121-ci maddəsini pozaraq onu X12 çağırdılar. 19 aprel 2022-ci il tarixində o, həmin idarəyə getdi və onu qapılarının arxasında xeyli saxlayandan sonra bildirdilər ki, guya 08 mart 2022-ci il tarixində onun avtomobilinə cürbəcür sayrışan işıqlar taxıblar və idarə ediblər. O isə dedi ki, ola bilməz! Çünki onda belə bir sayrışan işıq yoxdur və olmayıb, avtomobilini də heç kimə vermir! Bu hadisə necə olub da heç bilmir. Sonra da görüntüyə baxanda gördü ki, sadəcə avtomobil onun avtomobilinə oxşayır və kimin avtomobili idarə etməsi görünmür. Orada onunla bir az söhbət etdikdən sonra başladılar ondan şəxsi maraq barəsində söhbət etməyə, onu qorxutmağa və ondan pul tələb etdilər. Bu hadisədən 2 sutka çox vaxt keçəndən sonra o, öz nümayəndəsiylə həmin DYP getdi və yenə də onlardan rüşvət istədilər, rüşvət vermədiyinə görə 2 sutkadan çox vaxt keçməsinə baxmayaraq İXM-nin qanunvericiliyini kobud pozaraq ona 21.04.2022-ci il tarixdə 18:00 radələrində heç bir izahat almadan Azərbaycan Respublikasının İXM 349.2 maddəsi ilə protokol yazdılar və 500 manat (beş yüz) cərimə etdilər. Bakı şəhəri Baş Polis İdarəsinin DYP İdarəsinin tərtib etdiyi İXP4589670 protokolla qəti razı deyil, protokol qanunsuz və əsassızdır, belə ki birincisi ona inzibati protokolu onu saxlayan yol patrul xidmətinin əməkdaşı yox , bu hadisədən 2 sutkadan çox keçmiş Bakı DYP əməkdaşı polis mayoru öz xidməti otağında yazıb. İXM-nin 122.5-ci maddəsinə görə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibatı xətalara görə nəqliyyat vasitəsini dayandırmaq və ya inzibati qərar çıxartmaq qadağandır. İXM-nin 339.5-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə inzibatı işlər üzrə inzibati protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu məcəllənin 122.1, 123.2, 124.1, 124.4-124.6, 125.4 və 126.3 maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müfaviq icra hakimiyyəti orqanın mərkəzi informasiya sisteminə yaxud bu məcəllənin 122.1 125.1,125.3 və 125.6 maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müfaviq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) görə 500 manatdan 700 manat cərimə tətbiq olunmalıdır. İnzibatı icraata xitam verilməsi, İXP ******* saylı protokolun icra hakimiyyətinin yaratdığı portaldan nə vaxt sistemə yerləşdirilməsi haqqında sorğu göndərilməsi, inzibatı protokolu qanunsuz tərtib etmiş Bakı DYPİ-nin əməkdaşı polis mayoru X4 barəsində xidmət etdiyi DİN rəhbərliyinə bu barədə təqdimat göndərilməsi barədə qərar qəbul edilsin Məhkəmə iclasında Bakı şəhəri X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə Bakı şəhəri X13 İdarəsinin Yol Hərəkətinə Nəzarət Şöbəsinin baş inspektoru polis mayoru X5 tərəfindən Şəxs hal şahidləri X6 və X2 iştirakı ilə DİN "Təhlükəsiz şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınan videogörüntüyə baxış zaman onun üzərində sayrışan işıqların quraşdırılması aşkar olunmuşdur. “Mercedes Benz 300D” markalı **-XN- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında sonuncu dəfə Şəxs tərəfindən idarə edilmişdir. İş materiallarına əlavə edilmiş vidoegörüntüdən avtomobilin Şəxs tərəfindən idarə edilməsi açıq-aşkar görünür. Bunları nəzərə alaraq onun barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında protokoldan görünür ki, 21 aprel 2022-ci il tarixdə Bakı şəhəri X13 İdarəsinin Yol Hərəkətinə Nəzarət Şöbəsinin baş inspektoru polis mayoru X5 tərəfindən Şəxs hal şahidləri X6 və X2 iştirakı ilə DİN "Təhlükəsiz şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınan videogörüntüyə baxış zaman onun üzərində sayrışan işıqların quraşdırılması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, 08 mart 2022-ci il tarixdə saat 17:24 radələrində Xətai rayonu 8 Noyabr prospekti ilə hərəkətdə olan “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sayrışan işıq siqnalları quraşdırılmış və avtomobil Şəxs tərəfindən idarə edilir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, **-XN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 300D” markalı nəqliyyat vasitəsi ilə videogörüntüdəki nəqliyyat vasitəsi ilə eynidir. Fotoşəkildəki nəqliyyat vasitəsinin qabaq buferinin sol tərəfi qəzalı vəziyyətdədir və rəngi tökülmüşdür. Eyni zamanda həmin fotoşəkildə də sayrışan işıq siqnalının nəqliyyat vasitəsinin üzərində olması görünür. İş materiallarında olan ƏN-Vİİİ 234061 nömrəli 20.02.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs etibar edilmiş və etibarnamə 06 ay müddətinə verilmiş və 20.08.2022-ci il tarixədək qüvvədədir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən idarə edilməsi açıq-aşkar görünür. Həmiun nəqliyyat vasitəsinin Şəxs məxsus olması da öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 800 (səkkiz yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1706/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1706/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver