Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1714/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 14000-1680/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,Aksiz Mallar üzrə Baş Gömrük İdarəsində **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Almaniyadan ünvan 1 ünvanında yeləşən Şəxs ünvanına gələn 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “qırmızı körpü” gömrük postundan keçirmklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətieilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi veriləmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən küçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli, 920 saylı fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 01 (bir) saat qabağa verilməlidir. Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 34/012/015356 nömrəli raportunun icrası ilə əlaqədar olaraq Şəxs ünvanına gələn 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələri **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Bu faktı xx.xx.2020-ci il tarixli, 34/012/015356 nömrəli raport, **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələri, Dövlət Gömrük Komitəsinin “X1” İnformasiya Resursundan “avtomobil nəqliyyatı” barədə çıxarış və hüquqi şəxsin nümayəndəsinin izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi X6 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdən etibarnamə ilə nümayəndəliyini etdiyi Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixdə 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələri gəlmişdir. Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsi verilməmiş, buna səbəb isə nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsinin verilməli olmasından müəssisənin xəbərinin olmaması olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsininiştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 34/012/015356 nömrəli raportundan görünür ki, Şəxs MMCnin ünvanına gələn 01 ədəd “WDB9634031L928718” şassi nömrəli, “X8” markalı yəhərli dartıcı və 01 ədəd “WK0S**********037” şassi nömrəli, “Kogel S24-4” markalı soyuducu tipli yarım yedək üçün qısa idxal bəyannaməsi təqdim edilməmiş, bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx xxxxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3-sual edilmiş və A.A.Məmmədov ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən etibarnamə ilə nümayəndəliyini etdiyi Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixdə 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələri gəlmişdir. Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsi verilməmişdir. Qısa idxal bəyannaməsinin verilməməsinə səbəb nəqliyyat vasitələrinə qısa idxal bəyannaməsinin verilməli olmasından müəssisənin xəbərinin olmaması olmuşdur; Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Bölməsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 14000-1680/20 nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs ünvanına gələn 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələri **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin yükə dair gömrük orqanına elektron formada qısa idaxl bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına gələn 01 ədəd yəhərli dartıcı “X8” markalı və 01 ədəd soyuducu tipli yarım yedək “Kogel S24-4” markalı nəqliyyat vasitələri **********1056, **********1038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idaxl bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1714/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1714/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver