Məhkəmə qərarları › İş №3(011)-1717/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1717/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1717/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 485.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 485.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən inzibati xəta haqqında protokol məhkəmənin icraatında daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 məhkəməyə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsi tərəfindən şirkət barəsində eyni vaxtda törədilmiş 3 inzibati xəta haqqında iş üzrə 3 protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Digər protokollar da hal-hazırda hakim Fuad Axundovun icraatında olmaqla protokollarla inzibati material açılmışdır. Məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)-1716/2022 saylı, 3(011)-1718/2022 və 3(011)-1717/2022 saylı materialları bir icraatda birləşdirilməsini, buna görə də inzibati xəta törətmələrinə görə barələrində tərtib olunmuş 3 protokol üzrə 1 cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş protokollar üzrə olan materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)-1716/2022 saylı və 3(011)-1717/2022 saylı materiallar bir icraatda birləşdirilməli və 3(011)-1716/2022 saylı iş kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 485.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3(011)-1717/2022 saylı və 3(011)-1716/2022 saylı materiallar bir icraatda birləşdirilsin və iş 3(011)-1716/2022 nömrə ilə davam etdirilsin. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar