Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1722/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1 və onun vəkili X3 iştirakı ilə, X6 Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X9 məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, 12 fevral 2021-ci il tarixində Nəsimi RPİ, DYPŞ-in baş inspektoru X7 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə va ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati xətasını törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında AP № ******* saylı Protokol tərtib olunmuşdur. Həmin Protokola əsasında isə barəsində 22.02.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar tərtib olunmuş, 60 manat məbləğində cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi isə, guya ona məxsus “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozulması qeyd olunmuşdur. Barəsində əsassız olaraq tərtib olunmuş 22.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla razı deyil. Beləki, 12 fevral 2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində ona məxsus “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yolun solunda (enişdənyoxuşa düşən istiqamətdə) hərəkətdə olan avtomobillərin hərəkətdə olmasına nəzarət edərkən yolun sağında (yoxuşdan-enişə qalxan istiqamətdə) hərəkətdə olan “Mercedes- Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Mercedes- Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin vaxt yoxuşdanenişə doğru istiqamətdə olduğu halda yol ayrıcısına çatmadan sola dönmə manevrini etmək üçün əks istqamətə yəni enişdən-yoxuşa doğru olan istiqamətdə hərəkət edərək sola dönmə manevri etmək istədiyində məhz onun idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Beləliklə, “Mercedes- Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol ayrıcısına daxil olma qaydasını kobud surətdə pozaraq onun avtomobilinə xeyli miqdarda ziyan vurmuşdur. 12.02.2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi “Yol hərəkətləri haqqında” Qanuna riayət etmədən hərəkətdə olduğu yolun əks istiqamətinə çıxaraq yolayrıcına çatmadan yolu keçməyə cəhd etmiş və nəticədə qəza baş vermişdir. Belə ki, hadisənin baş verməsi zamanı lentə alınmış video-çəkilişlərdəndə göründüyü kimi, “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi yolun əks istiqamətində hərəkət etmiş və yol ayrıcısına çatdıqdan sonra sola dönməli olduğu halda, yol ayrıcısına çatmadan yoluna çıxaraq yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. 12.02.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş X8 verdiyi izahatlarda da baş vermiş yol-nəqliyyat hadisəsinin onun təqsiri nəticəsində deyil, bilavasitə onun yol hərəkətləri qaydasını pozması nəticəsində baş verdiyinin şahidi oluruq. X8 verdiyi izahatında ona məxsus “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin M.Qaşqay küçəsi ilə üzü Bakıxanov istiqamətində hərəkət etdirdiyi qeyd olunub. Buradan da belə nəticəyə gəlinir ki, X10 idarə etdiyi “Mercedes- Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakıxanov istiqamətinə dönməsi üçün hərəkətdə olduğu yolun əks istiqaməti ilə hərəkətini davam etdirmiş, yolayrıcısına çatmamış dönmüş və yol hərəkəti qaydasını pozmuşdur. Beləki, hadisənin digər iştirakçısı X10 idarə etdiyi “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolayrıcısına çataraq Bakıxanov istiqamətində hərəkətini davam etdirmiş olsaydı sözü gedən qəza baş verməmiş olardı. Odur ki, 22.02.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar onun hüquqlarının pozulması nəticəsində tərtib olunmuşdur. Məhz bu səbəbdən qanunun tələblərinə uyğun olmadan, heç bir əsas olmadan barəsində tərtib olunmuş 22.02.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar tamamilə ləğv olunmalıdır. Yuxarıda göstərilən xüsusatlara əsasən Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanovun 22 fevral 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 və onun vəkili X5 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən ******* nömrəli protokol əsasında qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X9 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək X9 60 manat məbləğində cərimə edilmiş, onun barəsində 12.02.2021-ci il tarixli AP № ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 22.02.2021-ci il tarixdə X6 iştirakı olmadan, protokola baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmadan, izahatı alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X9 barəsində tərtib edilmiş protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib və qəbul olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən edilərək, Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon X4ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X6 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon X4ytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1722/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1722/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver