Məhkəmə qərarları › İş №3(011)-1724/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1724/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1724/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri BPİ DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X4, qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X5 iştirakları ilə, X3 Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş 16.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş 16.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 aprel 2021-ci il tarixdə saat 10:30 radələrində 90RV606 nömrəli Lada Niva markalı avtomobili Xətai rayonu Əhmədli ərazisində hərəkət edərkən 99YP465 dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsini idarə edən, döş nişanı 0327 olan DYP inspektoru X7 tərəfindən saxlanılmışdır. DYP əməkdaşı avtomobilinin işıq cihazlarının dəyişdirilməsi barədə bildirmiş, bu dəyişikliyin “avadanlıq” dəyişikliyi olduğunu və avtomobilin duracağa təmin olunmasını tələb etmişdir. Əməkdaşdan hansı qanunun tələblərini pozduğunu soruşmuş və qanunu ona göstərməsini tələb etmiş, lakin əməkdaş ona hansı qanunun tələblərini pozduğunu göstərməkdən boyun qaçıraraq ondan sənədlərini istəmişdir. DYP əməkdaşı sənədlərini götürmüş, protokol tərtib etmədən ona Bakı şəhəri X13 İdarəsində 103-cü otağa yaxınlaşmasını tələb etmişdir. Saat 14:00-da idarəyə, saat 15:00-da polis mayoru Talıb müəllimə yaxınlaşmış, ona avadanlığın nələr sayıldığını və nə üçün təkrar qeydiyyata getmək lazım olduğunu göstərən Daxili İşlər Nazirliyinin X2, YHQ-nun 1 saylı əlavəsinin 3cü bəndini göstərmişdir. Lakin, onlar avadanlıq dəyişmədiyi halda İXM-nin 342.2.2-ci madəsinə əsasən protokol tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Vaz 21214 markalı 90RV606 dövlət qeydiyyat nişanlı avtomobilinə Wrangler markalı avtomobilə məxsus xarici işıq cihazları qoyduğunu, bunun qanunla qadağan edilmədiyini, xarici işıq cihazlarının avadanlıq olmadığını bildirərərk inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri X13 İdarəsinin nümayəndəsi X8 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavədə göstərilir ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. X3 idarə etdiyi nəqliyyat vasitəsi istehsaldan çıxarılmış nəqliyyat vasitələrinə aid deyildir. X6 idarə etdiyi avtomobilə başqa modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarını qurmuş, bununla da, X6 normativ tələblər pozulmaqla, avadanlığı dəyişdirilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri BPİ DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 Bəhruz Nazim oğlunun idarə etdiyi avtomobilə başqa modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarını qurduğunu, bununla da, X3 normativ tələblər pozulmaqla, avadanlığı dəyişdirdiyini, bu səbəbdən sonuncu barəsində İXM-nin 342.2.2-ci madəsi inzibati xəta haqqında protokol tərtib etdiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X13 İdarəsi tərəfindən tərtib edilmiş 06.04.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 06.04.2021-ci il tarixdə saat 13:08 radələrində Məhəmməd Hadi küçəsində Vaz 21214 markalı 90RV606 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi halına yol verdiyindən barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri X13 İdarəsi tərəfindən tərtib edilmiş 16.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 06.04.2021-ci il tarixdə saat 13:08 radələrində Məhəmməd Hadi küçəsində Vaz 21214 markalı 90RV606 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi halına yol verdiyindən İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir; Şikayətçinin dəlili: xarici işıq cihazları avadanlıq hesab olunmadığından barəsində əsassız qərar qəbul edilmişdir . Məhkəmə, şikayətçinin dəlili ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında tərəflərin izahatı ilə müyyən edilmişdir ki, X3 idarə etdiyi avtomobil Vaz 21214 markalı 90RV606 dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobil istehsaldan çıxarılmış nəqliyyat vasitəsi olmamış, X6 avtomobilinə Vaz 21214 markalı 90RV606 dövlət qeydiyyat nişanlı avtomobilə aid deyil, başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarını qurmuşdur. X6 avtomobilinə Wrangler markalı avtomobilə məxsus xarici işıq cihazları qoyduğunu etiraf etmişdir. Azərbaycan dilinin izahlı lüğətində avadanlıq dedikdə - təchizat və ləvazimat, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. qeyd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 Saylı Əlavənin İİİ hissəsinin 1-ci bəndinin qeydinə əsasən istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Məhkəmə, xarici işıq cihazlarının dəyişdirilməsini avadanlığın dəyişdirilməsi kimi qiymətləndirir. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri X13 İdarəsi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş 16.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri X13 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 16.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar