Məhkəmə qərarları › İş №3(011)-1726/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1726/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1726/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İHakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadə tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadə tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, 31.12.2020-ci il tarixində Azərbaycan Respublikası DYPİ-nin yol patrul xidmətinin inspektoru, polis serjantı tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “211.1-ci maddəsinə əsasən, yəni fiziki şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verilməs” inzibati xətasını törətməkdə təqsirli bilinərək İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Buna səbəb kimi isə, 31.12.2021-ci il tarixində, saat 01:57 radələrində karantin qaydalarını pozmağı qeyd edilmişdir. Lakin təxirəsalınmaz işlə əlaqədar olaraq yaşayış yerini tərk etmiş, məhz həmin zaman barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin İnzibati xəta haqqında protokola əsasən inzibati tənbeh vermə haqqqında 11.01.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. O, hadisənin baş verdiyi gün karantin rejimi əleyhinə hər hansı pozuntuya yol verməmişdir. Belə ki, 31.12.2020-ci il tarixində, saat 01:57 radələrində ona məxsus ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Binəqədi rayonu, S.S.Axundov küçəsində quraşdırılmış postda karantin rejim qaydalarına riayət edib-etməməsi barədə yoxlama zamanı saxlanılmışdır. Halbuki, həmin zaman karantin rejim qaydalarını pozmağa çalışmamış, ümumiyyətlə həmin gün bayram ziyarəti üçün xəstə yaxınına baş çəkmiş, sonra evinə qayıdan zaman isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yeni il bayramı ilə bağlı olaraq xəstə yaxınına baş çəkmək qərarına gəlmişdir. Yollarda karantin rejim qaydalarına riayət edib-etməməsini yoxlamaq üçün nəzərdə tutulmuş postlar qurulmadığından bayramla əlaqədar karantin rejiminin ləğv edilməsini zənn etmişdir. Əgər karantin rejiminin qüvvədə olduğunu bilsəydi, hətta bayram günləri belə xüsusi icazə qaydasında yaşayış yerini tərk etməli olduğunu bilsəydi, qanuna riayət edər, hər bir vətəndaş kimi öz vəzifəmi lazimi qaydada icra edərdi. Bundan başqa, 200 yüz manat məbləğində cərimə cəzası ödəmək iqtidarında deyil. Beləki, ikinci qrup əlildir. Əlilliyinə görə əmək fəaliyyəti ilə məşğul ola, özünə iş tapa bilmir. Bütün bunlara baxmayaraq, ona 200 manat məbləğində cərimə cəzasının tətbiq olunması onun vəziyyətinin çətinləşməsinə səbəb olacaqdır. Barəsində tətbiq edilmiş inzibati tənbeh növü olan cərimə cəzasının ödənilməsi onun üçün ağır nəticələrə səbəb olacaqdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadənin 11 yanvar 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadənin 11 yanvar 2021-ci il tarixli, ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri X9 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri X9 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadə tərəfindən İXP3701857 nömrəli protokol əsasında qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 31.07.2014-cü il tarixdə verilmiş 059918 saylı vəsiqənin surətindən görünür ki, X5 İİ qrup əlildir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsi tərəfindən X3 müraciətinə 01.02.2021ci il tarixli cavab məktubundan görünür ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və rəsmiləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək X5 200 manat məbləğində cərimə edilmiş, onun barəsində 31.12.2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 11.01.2021-ci il tarixdə X4 iştirakı olmadan, izahatı alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib və qəbul olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən edilərək, Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadə tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhəri X9 İdarəsinin polis mayoru Himmət Paşazadə tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar