Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-173/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Nümayəndə1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X2 İdarəsindən daxil olmuş 30 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 30 noyabr 2024-cü il tarixdə idarə etdiyi «Mıtsubıshı Pajero» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili Nümayəndə1 izahatında bildirdi ki, 30 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs guya polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14:22-də saxlanılıb. Lakin həqiqətdə Şəxs həmin tarixdə saat 16:00 radələrində saxlanmış, saat 17:10 radələrində isə müayinədən keçmişdir. Həmin saatda Şəxs yaşadığı evdə olmuş, oğlu isə avtoyuma məntəqəsində olmuşdur. Hətda bununla bağlı «WhatsApp» yazışmalarıda var. Bundan başqa polis əməkdaşları onları saxlayarkən oğlunun sürücülük vəsiqəsi də olmuşdur. Lakin onları aldadaraq avtomobili dayanacağa aparmışlar. İzahatında bir daha pivə içməyəcəyini qeyd etmişdir ki, bunu da aldadıb yazdırıblar. Avtomobili dayanacağa qoyduqdan sonra ona bildiriblər ki, gedərsən deyilən otağa. Həmin günü bazar günü olduğundan iki sonra qeyd olunan polis idarəsində olan otağa yaxınlaşmış, orada da ona müəyyən pul məbləği deyilib, lakin o vermədikdə onu qorxudublar ki, sürücülük vəsiqəsi məhdudlaşdırılacaq, onu məhkəməyə aparacaqlar. Bütün bunlardan sonra inzibati protokolu sistemə daxil edirlər. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onu müayinədən keçirərkən içkili olduğu bildirilsə də o onlara iki gün bundan qabaq içdiyi bildirdirdikdə onlar cüzi göstərdiyini bildirmişlər. Bundan sonra ona izahatında pivə içdiyini qeyd etməsini və imzalamasını bildirmişlər. Oda yazıb qol çəkmişdir. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, şəxs özü də etiraf edir ki, saxlanılmışdır, alkotesterlə müayinə olunmuş, nəticəsi ilə razı olaraq spirtli içki qəbul etdiyini etiraf etmiş və xeyli müddət sonra təkrar müayinədən keçmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2024-cü il tarixdə saat 14:22-də idarə etdiyi «Mıtsubıshı Pajero» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olduğundan, barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, İN:05180 nömrəli sərxoşluq vəziyyətinin müəyyən edən alkotestrin cavab qəbzindən görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,390 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, ******* №-li sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Şəxsin öz təşəbbüsü ilə sərxoşluq vəziyyətini müəyyən etmək üçün təkrar müayinədən keçməsi ilə bağlı məhkəmə hesab edir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun orqanizmdən parçalanıb xaric olmasını nəzərə alaraq onun konsentrasiyasının düşməsi mümkün hal hesab edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və «sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-173/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-173/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver