Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1732/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şhəərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30-da R.Quliyev küçəsi, 4 saylı ünvanda yerləşən Bravo marketdən 15 ədəd “Westgold” markalı yağı oğurlayaraq hüquqi şəxsə 270 manat dəyərində maddi ziyan vurmuşdur. Bununlada Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmədiyindən böyük marketlərdən bitki yağları oğurlayıb tanımadığı şəxslərə satmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:20 radələrində Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən Bravo marketə getmiş və oradan “Westgold” markalı yağının oğurladıqdan sonra taksiyə oturub getmişdir. Həmin yağları Bakıxanovda tanımadığı şəxsə 50 manat satmışdır. Sonradan barəsində şikayət olduğundan o, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə aparılmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanda yerləşən “Bravo” marketdə müştəri qismində olan naməlum şəxs marketdən süd məhsulları şöbəsindən 15 ədəd “Westgold” markalı yağları gizli yolla talamaqla Barvo marketlər şəbəkəsinə 270 (iki yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, onlara dəymiş maddi ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirərək barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X3 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.1-ci (oğurluq) maddəsinin tərkib hissəsi yaranmadığından Azərbaycan Respuölikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti xidmət sahəsinə həvalə edilməsi üçün Xətai RPİ-nin 36-cı PŞ-nə təqdim edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30-da R.Quliyev küçəsi, 4 saylı ünvanda yerləşən Bravo marketdən 15 ədəd “Westgold” markalı yağı oğurlayaraq hüquqi şəxsə 270 manat dəyərində maddi ziyan vurduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 07 may 2024-cü il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır; 15 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 23:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «15» may 2024-cü il tarixdən, saat 23:05-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «15» may 2024-cü il tarixdən, saat 23:05-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1732/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1732/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver