Məhkəmə qərarları › İş №3(011)-1741/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1741/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1741/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə 29 dekabr 2024-cü il tarixli, 00100-03662/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi "X4 Postundan daxil olmuş 3-33-1100/029/025997 saylı xx.xx.2024-cü il tarixli ra portun icrası ilə əlaqədar bildiririk ki, Gürcustan Respublikasından tranzit keçərək ölkə ərazisinə 61K15191/61AEP435 dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" MMC-nin adına daxil olan və **********4745 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində rəsmiləşən yükə xx.xx.2024-cu il tarixində "X4 postunun 6 saylı anbarında gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı, ********* saylı, xx.xx.2024-cü il tarixli invoysun 3-cü mal mövqeyində "moroccoan oil markalı, 125 ml olan purifying scrub yükünün mənşə ölkəsinin İsrail, invoysun 1,2,4,5,6-cı mal mövqelərində qeyd olunan malların mənşə ölkəsi İsrail dövləti qeyd olunduğu halda, faktiki baxış zamanı həmin malların Yaponiya mənşəli olduğu, həmçinin ********* saylı 09 09 2024-cu il tarixli invoysun 7-cı mal mövqeyində set (dəst) şəklində bəyan olunan moroccoan oil markalı qutunun içərisində olan 4 ədəd predmetin 3-nun mənşə ölkəsinin Yaponiya, 1-nin (125 ml olan purifying scrub) mənşə ölkəsinin İsrail olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, hüquqpozma predmeti olan malların 13 09 2024-cu il tarixinə orta bazar dəyərinin müəyyən edilməsi üçün 3-33-1100/2-005937/2024 nömrəli 30.09. 2024cu il tarixli məktubla "Azərekspertiza" Birliyinə müraciət olunmuşdur. Həmin İdarədən daxil olmuş 168 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı aparılan malların ümumilikdə orta bazar qiyməti 82908 manat təşkil edir. İdxal edilən malların orta bazar qiyməti 82908 manat olduğu halda ümumi gömrük dəyərinin nə qədər təşkil etdiyi, gömrük ödənişlərinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə idxalatçı tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərının məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-1100/013/033124 saylı raportla müraciət olunmuşdur. Həmin müraciətə cavab olaraq daxil olmuş 3-33-1100/012/037583 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən idxalatçı tərəfindən əlavə ödənilməli olan gömrük ödənişləri idxal gömrük rüsumu üzrə 5740.4 manat, əlavə dəyər vergisi üzrə 7921.75 manat və gömrük yığımı 160 manat təşkil edir. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına mənşə ölkəsi düzgün bəyan olunmayan malların ekspertiza rəyi nəticəsində əldə edilən gömrük dəyəri 50612.74 manat təşkil etmişdir. İdxalatçı isə təqdim edilən **********4745 saylı gömrük bəyannaməsində malların gömrük dəyərini 12343.43 manat qeyd etmişdir. Ekspert rəyi nəticəsində əldə olunan gömrük dəyərindən (50612.74 manat) idxalatçının bəyan etdiyi gömrük dəyərini (12343.43) çıxdıqda 38269.31 manat fərq yaranır. Belə olan halda "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunan və **********4745 saylı gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyəri 38269.31 manat az bəyan edilmişdir. Məhkəmə iclasında izahat verən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X2 inzibati xəta törətdiklərini etiraf edərək yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsi "İpək Yolu" Gömrük Postundan daxil olmuş 3-33-1100/029/025997 saylı, xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Gürcüstan Respublikasından tranzit keçərək ölkə ərazisinə 61K15191/61AEP435 dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" MMC-nin adına daxil olan və **********4745 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində rəsmiləşən yükə xx.xx.2024-cü il tarixində "İpək Yolu" gömrük postunun 6 saylı anbarında gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı, malların ********* saylı, xx.xx.2024-cü il tarixli invoysun 3-cü mal mövqeyində "moroccoan oil" markalı, 125 ml olan purifying scrub yükünün mənşə ölkəsinin İsrail, invoysun 1,2,4,5,6-cı mal mövqelərində qeyd olunan malların mənşə ölkəsi İsrail dövləti qeyd olunduğu halda, faktiki baxış zamanı həmin malların Yaponiya mənşəli olduğu aşkar olunmuşdur. Həmçinin invoysun ********* saylı, xx.xx.2024-cü il tarixli invoysun 7-ci mal mövqeyində set (dəst) şəklində bəyan olunan "moroccoan oil" markalı qutunun İçərisində olan 4 ədəd predmetin 3-nün mənşə ölkəsinin Yaponiya, 1-nin (125 ml olan purifying scrub) mənşə ölkəsinin İsrail olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2024-cü il tarixli 168 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı aparılan malların ümumilikdə orta bazar qiyməti 82908 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, idxalatçı tərəfindən əlavə ödənilməli olan gömrük ödənişləri idxal gömrük rüsumu üzrə 5740.4 manat, əlavə dəyər vergisi üzrə 7921.75 manat və gömrük yığımı 160 manat təşkil edir. "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına mənşə ölkəsi düzgün bəyan olunmayan malların ekspertiza rəyi nəticəsində əldə edilən gömrük dəyəri 50612.74 manat təşkil etmişdir. İdxalatçı isə təqdim edilən **********4745 saylı gömrük bəyannaməsində malların gömrük dəyərini 12343.43 manat qeyd etmişdir. Ekspert rəyi nəticəsində əldə olunan gömrük dəyərindən (50612.74 manat) idxalatçının bəyan etdiyi gömrük dəyərini (12343.43) çıxdıqda 38269.31 manat fərq yaranır. Belə olan halda "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunan və **********4745 saylı gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyəri 38269.31 manat az bəyan edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddələri ilə inzibati xəta törətməsi ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.2, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal olaraq qiymət verir. Hüquqi şəxs Şəxs MMC-nin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş 50.612,74 manat məbləğinin qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 50.612,74 manat məbləğinin otuz faizi miqdarında, yəni 15.183,83 (on beş min yüz səksən üç manat səksən üç qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar