Məhkəmə qərarları › İş №3(011)-1746/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1746/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1746/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağında piyadaya yol verərkən, X5 «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Ford Focus» minik markalı avtomaşına maddi zərər vurmuş, «Ford Focus» minik markalı avtomaşın isə zərbənin təsirindən qabağa gedərək piyada X3 xəsarət yetirmişdir. Məhkəmə iclasında Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X7 izahat verərək göstərdi ki, 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağında piyadaya yol verərkən, X5 «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Ford Focus» minik markalı avtomaşına maddi zərər vurmuş, «Ford Focus» minik markalı avtomaşın isə zərbənin təsirindən qabağa gedərək piyada X3 xəsarət yetirmişdir. Hadisənin baş verdiyi vaxt X1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bununla bağlı X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edərək, X1 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 fevral 2022-ci il tarixdə sürücülük vəsiqəsi olmadan 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində «Mercedes-Benz Vito 115 CDİ» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuş, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağında piyadaya yol verərkən, «Ford Focus» minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Ford Focus» minik markalı avtomaşına maddi zərər vurmuş, «Ford Focus» minik markalı avtomaşın isə zərbənin təsirindən qabağa gedərək piyada X3 xəsarət yetirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 15 mart 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 30 dekabr 2021-ci il tarixdə idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən, manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, piyadanı vurmuş və bununlada barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında “Elektron məhkəmə” portalından görünür ki, xx xxxx 1974-cü il təvəllüdlü X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olan sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 06 nömrəli, 06 yanvar 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir, X2 isə sağ-aşıq baldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu, bağlarının gərilməsi, və sıyrığı müəyyən edilmi, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar