Məhkəmə qərarları › İş №3(011)-1750/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1750/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1750/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 15.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus mağaza tərəfindən “AEG” markalı ankastra soba uyğunluq sertifikatı olmadan satılmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 barələrində tərtib olunmuş protokolla razılaşmayaraq, tərəflərindən satılmış “AEG” markalı ankastra sobanın sertifikatının olduğunu, 15.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Antiinhisar və X6 Dövlət Xidmətinin aparıcı məsləhətçisi X4 tərəfindən tərtib olunmuş 15.04.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus mağaza tərəfindən “AEG” markalı ankastra sobanın uyğunluq sertifikatı olmadan satılması əsas gətirilərək barəsində İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Antiinhisar və X6 Dövlət Xidmətinə “Qaynar Xətt” vasitəsilə daxil olan müraciətin qeydiyyat vərəqəsinin surətindən görünür ki, vətəndaş X5 05.03.2021-ci il tarixdə Elektrolux şirkətinə telefonla AEG markalı ankastra soba sifariş etdiyini lakin qutusuz və sertifikatsız olduğunu, etiraz etdikdə sertifikatının çatdırıldığını ancaq müddətinin 2019-cu ildə bitdiyini öyrənmişdir. Şəxs MMC tərəfindən verilmiş 06.03.2021-ci il tarixli 1975 nömrəli satış çekinin surətindən görünür ki, alıcı tərəfindən məişət məhsulu üçün 949 manat məbləğində nağd ödəniş edilmişdir. RU seriyalı ******* saylı uyğunluq sertifikatının surətindən görünür ki, “xxxx” MMCyə məxsus elektrikli sobalara uyğunluq sertifikatı verilmiş və həmin sertifikatın müddəti 30.01.2014-cu il tarixindən 29.01.2019-cu il tarixinədək göstərilmişdir. İş materialalrına malın mənşəyi barədə AZ63000R 3357/3 nömrəli sertifikat əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 07 oktyabr 2020-ci il tarixli 377 nömrəli qərarının 2.2-ci hissəsinə əsasən uyğunluq sertifikatında sertifikatın adı, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi, blankın qeydiyyat nömrəsi, sertifikatın verilmə tarixi, sertifikatın qeydiyyat nömrəsi, sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı, standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi, sertifikatın verilmə əsası, əlavə məlumat (olduqda), akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı və möhür yeri (olduqda) göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 saylı qərarı ilə təsdiq olunmuş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların” siyahısının 48-ci bəndinə əsasən qızdırıcı peçlər, qızdırıcı bişiricilər, mətbəx peçləri və plitələri (qazançalarla qurulmuş mərkəzi qızdıcırılar da daxil olmaqla), frityurlar, kürələr, plitə üçün odluq, yeməkləri qızdırmaq üçün qızdırıcılar və qara metaldan olmayan elektrik analoji məişət aparaturaları və onların hissələri sertifikatlaşdırılmalıdırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən “AEG” markalı ankastra sobanın uyğunluq sertifikatı olmadan satılması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-yə məxsus elektrikli sobalara verilmiş ******* saylı uyğunluq sertifikatının müddəti 29.01.2019-cu il tarixdə bitmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların” siyahısına elektrikli sobalarda aid edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş malın mənşəyi barədə sertifikat, uyğunluq sertifikatı kimi qəbul edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, digər dövlət tərəfindən verilmiş uyğunluq sertifikatı Azərbaycan Respublikası ərazisində tanınmalı və təsdiq olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar