Məhkəmə qərarları › İş №3(011)-1751/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1751/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1751/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi Bakı şəhəri Xətai Rayon prokurorunun köməkçisi X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Bakı şəhəri Xətai Rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğundən daxil olmuş 29 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs təhlükəsiz iş şəraitinin yaradılmasına, iş prosesi zamanı işçilər tərəfindən əməyin mühafizəsi təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin həvalə olunduğu halda həmin MMC-nin işçisi X4 xx.xx.2023- cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti. Zığ şosesi 4 ünvanında "Blue Residence" yaşayış kompleksində podrat müqaviləsi ilə elektrik işləri görən zaman elektrik naqilləri çəkərkən yerə yıxılaraq xəsarət alması, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon prokurorunun köməkçisi X3 bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulmuş müvafiq tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Prokurorluğundən daxil olmuş 29 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs təhlükəsiz iş şəraitinin yaradılmasına, iş prosesi zamanı işçilər tərəfindən əməyin mühafizəsi təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin həvalə olunduğu halda həmin MMC-nin işçisi X4 xx.xx.2023- cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti. Zığ şosesi 4 ünvanında "Blue Residence" yaşayış kompleksində podrat müqaviləsi ilə elektrik işləri görən zaman elektrik naqilləri çəkərkən yerə yıxılaraq xəsarət alması, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. 17 aprel 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Tağıyev X2 Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar