Məhkəmə qərarları › İş №3(011)-1758/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1758/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1758/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili X20 iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 10 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd olunan tələbin icrasından yayındığından və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə o, göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi X39 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən xəbəri olmuşdur və həmin icra sənədində olan tələbin icrasında borclu qərəzli olaraq yayınmamışdır. Belə ki, tərəflərindən 2023-cü il və 2024-cü il tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi istiqamətində 3 mərtəbəsi qaraj və 4 mərtəbəsi qeyriyaşayış olmaqla, ümumilikdə 7 mərtəbəli binanın tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, onlara səlahiyyətli orqan tərəfindən icazə verilməkdən imtina olunduğundan qeyri-yaşayış binasının tikintisi mümkün olmamışdır. Bu səbəblə icra sənədində qeyd olunan tələb onlardan asılı olmayan səbəbdən icra edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən o, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddiaçılar X26, X27, X21, X7, X14, X22, X31, X32, X10, X40, X33 ilə cavabdehlər X28 və "xxxx" MMC arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir: 1. xx.xx.2019-cu il tarixdən cavabdeh X28 onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqaviləyə və həmin müqavilə əsasında çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən X23 təhvil verilmiş, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsindən "xxxx" MMC ilə X51 arasında 08 avqust 2019-cu il tarixi birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə uyğun, hazırkı iş üzrə iddiaçılar X11 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 8-ci mərtəbəsində ümumi sahəsi 123,4 m2 olan mənzilinə, X15 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X12 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 12–ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 təşkil edən mənzilinə, X21 (X34 vərəsəsi) Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 122 m2 olan mənzilinə, X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X6 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 6-cı mərtəbəsində (hazırki 10-cu mərtəbə) ümumi sahəsi 123,4 m2 olan mənzilinə, X24 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X16 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə, X17 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 124,4 m2 olan mənzilinə və X8 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə dair onların xeyrinə notarial qaydada mənzillərdən imtina verir, həmin mənzilləri iddiaçıların istifadəsinə verir və gələcəkdə həmin mənzillərə dair tərəflərə və ya üçünçü şəxslərə hər hansı tələb irəli sürmür. 2. Bu saziş imzalandığı andan cavabdeh X28, onunla "xxxx" MTK arasında A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqavilənin ləğv edilməsinə dair iddiaçılara notаrial ərizə verir. 3. "xxxx" MMC və X35 hazırkı barışıq sazişi imzalandığı andan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən, hazırkı sazişin 1-ci bəndində qeyd olunan mənzilləri iddiaçılara təhvil verməyi öhdəsinə götürür. 4. "xxxx" MMC və X36 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh "xxxx" MMC, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 28 saylı ayrıca aktı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 m2 (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissəhissə X36 tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X23 təhvil verməyi öhdəsinə götürür. 5. "xxxx" MMC hazırkı sazişin 4-cü bəndində qeyd olunan 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyriyaşayış sahəsinin tikintisini mərhələli şəkildə (hər mərtəbənin tikintisi başa çatdıqdan dərhal sonra), cavabdeh X18 adına müqavilə və maliyyə arayışı əsasında sənədləşdirilməsini və buna dair "xxxx" MMC-nin ümumi yığıncağının protokolunun və qərarının bir nüsxəsini 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X23 təhvil verilməsini təmin etməyi öhdəsinə götürür. 6. "xxxx" MMC və X37 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh X36, bu sazişin 4-cü bəndində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə "xxxx" MMCnin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsinin, həmin torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 kv.m (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2olan 7 mərtəbədən ibarət qeyri yaşayış sahəsinin inşasına "xxxx" MMC tərəfindən başlanıldığı vaxtdan, həmin qeyri yaşayış sahəsinin tərəflərin ("xxxx" MMC ilə Eldəniz Axundovun) qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyərini (yalnız tikinti xərclərini) hər mərtəbənin tikintisi üzrə, mal material və ya pul şəklində hissəhissə cavabdeh "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. 7. Tərəflər razılığa gəlirlər ki, gələcəkdə yuxarıda qeyd edilən hallarla, əmlaklarla bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. İddiaçılar X11, X12, X9, X3, X6, X8, X15, X17, X4, X24, X16 cavabdehlər X19 və "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsinə, mənzillərlə bağlı iddiaçıların istifadəsinə dair cavabdehlər E.A.Axundov və "xxxx" MMC tərəfindən maneələrə son qoyulmasına, cavabdeh E.A.Axundov tərəfindən mənzillərə dair imtinaların verilməsinə dair 2(011)-7697/2019 saylı mülki iş üzrə icraata xitam verilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e67616/2023-1-30-003 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e67616/2023-1-30-004 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müraciət məktublarında qeyd edilmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq Bakı şəhər İcra Hakimiyyətinin 443№-İi, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Tərəfinizdən 02/661 saylı, xx.xx.2019-cu il tarixli razılıq ilə razılaşdırılmış və qeyd olunan sərəncam əsasında layihələndirilmiş layihəyə əsasən, tərəflərindən artıq bir bloklu yaşayış binası tikilib yekunlaşdınlmışdır. Layihədə nəzərdə tutulmuş ikinci, bir bloklu yaşayış binasının isə təməli qoyulmuş və binanın qeyri-yaşayışlar olan hissəsinin tikintisi artıq yekunlaşmaqdadır. Qeyd etdikləri layihədə olan, A-D və A-7 oxlarının kəsişməsində, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən və 22,70m x20.22m=458.994 kv.m (yuvarlaq olaraq 459 kv.m) hissəsində inşası nəzərdə tutulan 3 mərtəbəli qaraj və 4 mərtəbəli qeyri-yaşayış olmaqla, ümumilikdə 7 mərtəbəli binanın tikintisinə icazə verilməsi xahiş olunur; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-35/2-1784/2024 saylı məktubdan və Tikintiyə və İstismara icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatlar barədə çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında tikinti məqsədilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış 0,4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22,70 m. X 20,22 m. 458,994 m2 hissəsində tikintiyə başlanılması üçün müvafiq sənədləşmə işlərinin aparılmasına dair "xxxx" MMC tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib-edilməməsi və həmin müraciətin nəticəsinə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli, xx/xx-67616/2023-23 nömrəli müraciətə baxılmış və xx.xx.2022-ci il tarixdə müvafiq icazə sənədi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 m2 (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyriyaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissə-hissə X36 tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X23 təhvil verməyi öhdəsinə götürsə də, sözügedən tələb hazırki vaxtadək icra edilməmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan tələb təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi X39 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək tərəflərindən 2023-cü il və 2024-cü il tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi istiqamətində 3 mərtəbəsi qaraj və 4 mərtəbəsi qeyri-yaşayış olmaqla, ümumilikdə 7 mərtəbəli binanın tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, onlara səlahiyyətli orqan tərəfindən icazə verilməkdən imtina olunduğundan qeyri-yaşayış binasının tikintisinin mümkün olmadığını, bu səbəblə icra sənədində qeyd olunan tələbin onlardan asılı olmayan səbəbdən icra edilmədiyini bildirmişdir. Lakin məhkəmə nümayəndənin izahatında qeyd etdiyi xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icra sənədinin xx.xx.2023-cü il tarixdə verilməsinə və həmin icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanmasına baxmayaraq hüquqi şəxsin rəhbəri tərəfindən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunaraq Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən və 22,70m x20.22m=458.994 kv.m (yuvarlaq olaraq 459 kv.m) hissəsində inşası nəzərdə tutulan 3 mərtəbəli qaraj və 4 mərtəbəli qeyri-yaşayış olmaqla, ümumilikdə 7 mərtəbəli binanın tikintisinə icazə verilməsi xahiş olunmuşdur. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi X1 orqan tərəfindən onlara müvafiq icazənin verilməsindən imtina olunmasını bildirsə də, sözügedən imtina məktubları da məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən həmin ərazidə yaşayış binasının tikintisinin aparmasına baxmayaraq, icra sənədində qeyd olunan və tələbkar X25 təhvil verilməli olan qeyri-yaşayış obyektinin tikintisini bu vaxtadək həyata keçirməmişdir. Məhkəmə tərəfindən bu hal da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərəzli olaraq icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı kimi qiymətləndirilir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək tələbi təmin etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar