Məhkəmə qərarları › İş №3(011)-1762/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1762/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1762/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov X1 Vüsal Süleyman oğlu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək barəsində Binəqədi Rayon Dövlət X6 tərəfindən TP ******* nömrəli xx.xx.2024-cü il tarixli, çıxarılmış qərarının ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)-1395/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərək hesab edir ki, inzibati işə baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Odur ki, inzibati qərardan verilmiş şikayət aidiyyat məsələsinin həlli məqsədi ilə qərardadla Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan X3 tərəfindən yazılmış vəsatətdən görünür ki, hadisə Binəqədi rayonu ərazisində olmasına baxmayaraq, onun şikayətinə qeydiyyatı üzrə (Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi, ev 2B, mənzil 21) Nərimanov rayonunda aparılması barədə vəsatət vermişdir. Lakin, Nərimanov Rayon Məhkəməsi 3(005)-1395/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında X2 iş materiallarına əlavə edilmiş sənədlərdə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 26, mənzil 76 olmasını əsas gətirərək X3 tərəfindən Binəqədi Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, X3 Bakı şəhəri Nərimanov rayonu ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Vətəndaşın yaşayış yeri dedikdə onun qeydiyyatda olduğu yer qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən Binəqədi Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş şikayət ərizəsinə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar