Məhkəmə qərarları › İş №3(011)-1765/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1765/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1765/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 16:30 radələrində “VAZ 21013” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Babək prospekti ilə hərəkətdə olan zaman ara məsafəsi saxlamadığı üçün qarşıda dayanmış X1 idarə etdiyi “BMW 745” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Bakı şəhəri X4 İdarəsi polis kapitanı Azad Cəbrayılov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 may 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 09 may 2022-ci il tarixdə saat 16:30 radələrində “VAZ 21013” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Babək prospekti ilə hərəkətdə olan zaman ara məsafəsi saxlamadığı üçün qarşıda dayanmış “BMW 745” markalı avtomaşın ilə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş dəymiş ziyanı ödədiyini və onunla barışdığını qeyd edərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, 09 may 2022-ci il tarixdə saat 16:30 radələrində Xətai rayonu, Babək prospekti ilə hərəkətdə olan zaman işıqforun qadağanedici işığında dayanmış, arxadan hərəkət edən “VAZ 21013” markalı avtomobil onun avtomobilini vurmuşdur və ona maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənildiyini və onunla barışdığını qeyd edərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan DYP mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs məxsus AB390754 nömrəli sürücülük vəsiqəsi 10.11.2010-cu il tarixdə verilmiş və 10.11.2020-ci il tarixdə müddəti bitmişdir. İş materiallarında olan 09 may 2022-ci il tarixli 1/2029 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar