Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1770/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis leytenantı X2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ona məxsus “Kuba-X boss” markalı mopedlə Xətai rayonu, Y.Səfərov küçəsində dostu Məhəmmədəli ilə birlikdə hərəkətdə olarkən YPX əməkdaşı onlara saxla işarəsi vermiş, onlar isə işarənin tələbini düzgün anlamayaraq, hərəkətlərini davam etdirmişlər və bununlada hadisə yerindən yayınmağa çalışmışlar. Qarşıda YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə dəvət olunmuşlar. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə halların təkrarlanmayacağını bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis leytenantı X4 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın MEB-nin YPX inspektoru Ruhulla Abdullazadə tərəfindən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:20 radələrində paytaxtın Y.Səfərov küçəsində “Kuba” markalı motosikleti idarə edən sürücüyə nəqliyyat vasitəsini motodəbilqəsiz idarə etdiyinə görə saxlama işarəsi verilmişdir. Lakin sürücü işarəyə əməl etmək əvəzinə arxasında əyləşən sərnişin ilə birlikdə öz həyatlarını və hərəkətin digər iştirakçılarının həyatını təhlükəyə ataraq sağa-sola manevr etməklə həmin yerdən yayınmağa çalışmış, polisin saxlama barədə dəfələrlə verdiyi işarələrə məhəl qoymamışdır. Beləliklə, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir; xx xxxxx 2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində polis əməkdaşının qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1770/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1770/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver