Məhkəmə qərarları › İş №3(011)-1777/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1777/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1777/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 13.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 13.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək göstərdi ki, “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobil anası X2 mülkiyyətində olmuş, sonuncu 12 yanvar 2021-ci il tarixdə ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Etibarnamə 12.01.2021-ci il tarixdə saat 11:28-də təsdiq edilmiş, bundan sonra nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də sözügedən avtomobili Xətai rayonu Babək prospektində idarə edərkən X10 əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılmış, ona nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati xəta haqqında protokol yazılmışdır. Həmin protokola etiraz etmiş, etibarnamənin 12.01.2021-ci il tarixdə saat 11:28-də təsdiq edildiyini bildirmiş, buna baxmayaraq X10 əməkdaşı etibarnamənin sistemdə görünmədiyini bildirərək onu tənbeh etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 12.01.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X6 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu Babək prospektində etibarnamə olmadan idarə etmiş, bu səbəbdən barəsində İXM-nin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri DYPİ-nin inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 13.01.2021-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X6 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu Babək prospektində etibarnamə olmadan idarə etmiş, bu səbəbdən İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) X4 12.01.2021-ci il tarixdə “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobilə etibar edilən X5 istifadə hüququ vermiş, etibarnamə 12.01.2021-ci il tarixdə saat 11:28:12-də təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmuş, sonuncu 12 yanvar 2021-ci il tarixdə X5 həmin nəqliyyat vasitəsindən istifadə hüququ vermiş, etibarnamə 12.01.2021-ci il tarixdə saat 11:28:12-də təsdiq edilmişdir. X6 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də sözügedən avtomobili Xətai rayonu Babək prospektində idarə edərkən X10 əməkdaşı tərəfindən saxlanılmış, Bakı şəhəri DYPİ-nin inspektoru polis baş serjantı X8 tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu Babək prospektində etibarnamə olmadan idarə etməsi səbəbdən barəsində İXMnin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, 13.01.2021-ci il tarixli, TP ******* nömrəli qərarla İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, etibarnamə 12.01.2021-ci il tarixdə saat 11:28:12-də təsdiq edildiyindən X3 12 yanvar 2021-ci il tarixdə saat 12:50-də “Toyota LC 200” markalı 99SH707 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuş, buna baxmayaraq əsassız və qanunsuz olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 13.01.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində 13.01.2021-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 13.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsiinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 13.01.2021ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar