Məhkəmə qərarları › İş №3(011)-1787/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1787/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1787/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 24 yanvar 2025-ci il tarixli, 13000-00134/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X5 East DMCC” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixli, **********0522 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0531 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0532 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0531 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0532 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0534 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0535 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0551 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0552 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0554 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq “vakuum qazoil” adlı yük göndərilmişdir. Lakin natamam gömrük bəyannamələri ilə ixrac olunan mallara dair təqdim olunan **********2549 sorğu nömrəli gömrük bəyannaməsi gecikdirilərək xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim olunmuşdur. Bundan başqa, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X5 East DMCC” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixli, **********0555 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0559 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0561 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0572 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0573 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0576 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0582 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0586 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0587 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0591 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0592 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq “vakuum qazoil” adlı yük göndərilmişdir. Lakin natamam gömrük bəyannamələri ilə ixrac olunan mallara dair təqdim olunan **********2554 sorğu nömrəli gömrük bəyannaməsi gecikdirilərək xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim olunmuşdur. Bundan başqa, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X5 East DMCC” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixli, **********0593 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0595 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0598 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0611 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq “vakuum qazoil” adlı yük göndərilmişdir. Lakin natamam gömrük bəyannamələri ilə ixrac olunan mallara dair təqdim olunan **********2556 sorğu nömrəli gömrük bəyannaməsi gecikdirilərək xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim olunmuşdur. Beləliklə, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən natamam bəyannamələr üzrə təqdim olunmalı olan gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur. Nəticədə Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/000162 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BƏƏ-nin “X6 East DMCC” şirkətinə xx.xx.2024-cü il tarixli **********0522 saylı, xx.xx.2024-cü il tarixli **********0531 saylı, xx.xx.2024-cü il tarixli **********0532 saylı, xx.xx.2024-cü il tarixli **********0534 saylı, xx.xx.2024-cü il tarixli **********0535 saylı, xx.xx.2024-cü il tarixli **********0551 saylı, xx.xx.2024-cü il tarixli **********0552 saylı, xx.xx.2024-cü il tarixli **********0554 saylı natamam bəyannamələr ilə “Vakuum Qazoyl” adlı yük göndərilmişdir. Qeyd olunan yüklər barədə **********2549 saylı gömrük bəyannaməsi isə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Həmin şöbədən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/000163 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BƏƏ-nin “X6 East DMCC” şirkətinə xx.xx.2024-cü il tarixi **********0555 saylı, xx.xx.2024-cü il tarixli **********0559 saylı, xx.xx.2024-cü il tarixli **********0561 saylı, xx.xx.2024-cü il tarixli **********0572 saylı, xx.xx.2024-cü il tarixli **********0573 saylı, xx.xx.2024-cü il tarixli **********0576 saylı,xx.xx.2024-cü il tarixli **********0582 saylı, xx.xx.2024-cü il tarixli **********0586 saylı, xx.xx.2024-cü il tarixli **********0587 saylı, xx.xx.2024-cü il tarixli **********0591 saylı, xx.xx.2024-cü il tarixli **********0592 saylı natamam bəyannamələr ilə “Vakuum Qazoyl” adlı yük göndərilmişdir. Qeyd olunan yüklər barədə **********2554 saylı gömrük bəyannaməsi isə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/000164 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BƏƏ-nin “X6 East DMCC” şrkətinə xx.xx.2024-cü il tarixli **********0593 saylı, xx.xx.2024-cü il tarixli **********0595 saylı, xx.xx.2024-cü il tarixli **********0598 saylı, xx.xx.2024-cü il tarixli **********0611 saylı natamam bəyannamələr ilə “Vakuum Qazoyl” adlı yük göndərilmişdir. Qeyd olunan yüklər barədə **********2556 saylı gömrük bəyannaməsi isə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. İş materialında olan **********2549 saylı, **********2554 saylı və **********2556 saylı gömrük bəyannamələrindən görünür ki, hər üç bəyannamə üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BƏƏ-nin “X6 East DMCC” şirkətinə “Vakuum Qazoyl” adlı yük göndərilmiş, həmin gömrük bəyannamələrinin 44cü qrafasında əsas müqavilə olaraq 2389/EX-2088 nömrəli müqavilə qeyd edilmiş, maliyyə əməliyyatları eyni ölkə ilə, eyni hesabdan aparılmış və hər üç bəyannamə gömrük orqanına xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 yanvar 2025-ci il tarixli, 13000-00134/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük bəyannamələri Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatında bildirmişdir ki, alıcı şirkət tərəfindən ixrac olunan yüklərə dair sənədlər vaxtında göndərilmədiyi üçün sözügedən bəyannamə 30 (otuz) gündən gec olaraq təqdim edilmişdir. Həmçinin o, bildirmişdir ki, yükün çəkisi çox olduğundan yüklərə dair ayrı-ayrılıqda 3 gömrük bəyannaməsi tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X6 East DMCC” şirkətinin ünvanına göndərilən “vakuum qazoil” adlı yükə dair xx.xx.2024-cü il tarixli, **********0522 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0531 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0532 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0531 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0532 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0534 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0535 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0551 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0552 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0554 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, ixracatçı tərəfindən göstərilən natamam bəyannamələr üzrə **********2549 saylı gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Həmçinin, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X6 East DMCC” şirkətinin ünvanına göndərilən “vakuum qazoil” adlı yükə dair xx.xx.2024-cü il tarixli, **********0555 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0559 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0561 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0572 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0573 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0576 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0582 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0586 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0587 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0591 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0592 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, ixracatçı tərəfindən göstərilən natamam bəyannamələr üzrə **********2554 saylı gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Bundan əlavə, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən “X6 East DMCC” şirkətinin ünvanına göndərilən “vakuum qazoil” adlı yükə dair xx.xx.2024-cü il tarixli, **********0593 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0595 sorğu nömrəli, xx.xx.2024cü il tarixli, **********0598 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********0611 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, ixracatçı tərəfindən göstərilən natamam bəyannamələr üzrə **********2556 saylı gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar