Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1789/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «FORD TRANSİT» yük markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, protokol onunla əsaslandırılmışdır ki, şirkətin mülkiyyətində olan “FORD TRANSİT» yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xəta törədilmiş və şirkət tərəfindən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat Xətai rayon Polis İdarəsinin Dövlət X4 sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. DYP-dən Şəxs MMC-nin ünvanına daxil olmuş sifarişli məktub geri qaytarılmışdır. Qaytarılmaya səbəb isə o, olmuşdur ki, məktubun üzərində yazılan ünvan Aşıq Qurban küçəsi ev 5, mənzil 5 kimi qeyd olunmuşdur (yəni yaşayış ünvanı kimi). O səbəbdən poçtalyon məktubu qeyri-müəyyənlik səbəbindən poçt qaydalarına uyğun olaraq geri qaytarmışdır. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət X4 sorğusu xx.xx.2024-cü il tarixdə Şəxsnə göndərilmişdir. Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, Şəxsnə mülkiyyətində olan «FORD TRANSİT» yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 14:23-də idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. 30 saylı PŞ-nin 08 fevral 2024-cü il tarixli arayışından görünür ki, DYP-dən Şəxs MMC-nin ünvanına daxil olmuş sifarişli məktub həqiqətən geri qaytarılmışdır. Qaytarılmaya səbəb isə o, olmuşdur ki, məktubun üzərində yazılan ünvan Aşıq Qurban küçəsi ev 5, mənzil 5 kimi qeyd olunmuşdur (yəni yaşayış ünvanı kimi). O səbəbdən poçtalyon Sahib Hacıyev məktubu qeyri-müəyyənlik səbəbindən poçt qaydalarına uyğun olaraq geri qaytarmışdır. Sonradan məlum olmuşdur ki, həmin müəssisənin ünvanı faktiki olaraq Aşıq Qurban 5/5 olmalı imiş. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, Şəxs MMC-nin balansında olan «FORD TRANSİT» yük markalı, **-JA-*** dövlət qeyddiyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə məlumat verilməsi ilə bağlı olan sorğu icra olunması üçün həmin Şəxs MMC-nin ünvanına, yəni Aşıq Qurban küçəsi ev 5, mənzil 5 ünvanına göndərilmişdir. 30 saylı PŞ-nin 08 fevral 2024-cü il tarixli arayışından görünür ki, DYP-dən Şəxs MMC-nin ünvanına daxil olmuş sifarişli məktub həqiqətən geri qaytarılmışdır. Qaytarılmaya səbəb isə o, olmuşdur ki, məktubun üzərində yazılan ünvan Aşıq Qurban küçəsi ev 5, mənzil 5 kimi qeyd olunmuşdur (yəni yaşayış ünvanı kimi). O səbəbdən poçtalyon Sahib Hacıyev məktubu qeyri-müəyyənlik səbəbindən poçt qaydalarına uyğun olaraq geri qaytarmışdır. Sonradan məlum olmuşdur ki, həmin müəssisənin ünvanı faktiki olaraq Aşıq Qurban 5/5 olmalı imiş. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş 30 saylı PŞ-nin 08 fevral 2024-cü il tarixli arayışından görünür ki, məktubun üzərində yazılan ünvan Aşıq Qurban küçəsi ev 5, mənzil 5 kimi qeyd olunmuşdur (yəni yaşayış ünvanı kimi). O səbəbdən poçtalyon məktubu qeyri-müəyyənlik səbəbindən poçt qaydalarına uyğun olaraq geri qaytarmışdır. Sonradan məlum olmuşdur ki, həmin müəssisənin ünvanı faktiki olaraq Aşıq Qurban 5/5 olmalı imiş. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1789/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1789/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver