Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1790/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə “xxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəli şəxs X1 barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından “xxxxxxxxxxxx”MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “xxxxxxxxxxxx”MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayət ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. İş materiallarından görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı vəzifəli şəxs X4 barəsində tərtib olunduğundan şikayət ərizəsi də şəxsən onun tərəfindən və yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Lakin şikayət ərizəsi “xxxxxxxxxxxx”MMC-ninetibarnamə üzrə nümayəndəsi X5 tərəfindən və hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, X1 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair“xxxxxxxxxxxx”MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Vəzifəli şəxs X4 barəsində olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair “xxxxxxxxxxxx”MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1790/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1790/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver