Məhkəmə qərarları › İş №3(011)-1792/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1792/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1792/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 fevral 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin tələbini icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi və tələbkar X4 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin və tələbkar X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 may 2023-cü il tarixli, 01 nömrəli "İcarə haqqında" müqavilənin ləğv edilmiş hesab edilməsi, cavabdeh "xxxx" MMC-dən 25 may 2023-cü il tarixli, 01 nömrəli "İcarə haqqında" müqaviləyə əsasən 2600 manat məbləğində icarə haqqı borcu və icarə haqqı üzrə 130 manat cərimə, ödənilmiş inzibati cəriməyə görə 332 manat, nəqliyyat vasitələrinin nöqsan və təmirlərinə görə 799 manat, 29 may 2023-cü il tarixli "İcarə əsaslı Sığorta haqqında" 02 saylı Müqaviləyə əsasən ödənilmiş vəsaitin 669 manatı, "İcarə əsaslı Sığorta haqqında" 02 saylı Müqaviləyə əsasən 33 manat cərimə olmaqla, ümumilikdə 4563 (dörd min beş yüz altmış üç) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manatının və 120 (bir yüz iyirmi) manat vəkil xərcinin əvəzinin tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 20 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs MMC-yə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmiş, qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun direktoru X5 tərəfindən qərara imza atmaqla rəsmi qaydada qəbul edilmişdir. İcra məmuru tərəfindən 30 oktyabr 2024-cü il tarixdə borclunun direktoru X3 izahatı alınmışdır. "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Şəxs MMCnin hesablarına yönləndirilmiş həbs qərarı əsasında hesablara 5.079,20 manat məbləğ həcmində həbs qoyulmuşdur. Məhkəmə, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin bankdakı hesabı üzərinə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindəki tələb həcmində həbs qoyulduğundan, həmin məbləğ əsasında tələbin icrasını təmin etmək mümkün olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar