Məhkəmə qərarları › İş №3(011)-1798/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1798/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1798/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunması və ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair ərizəni nəzərdən keçirib MÜƏYYƏN E T D İ M: İş materiallarında olan vəsatətdən görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş protokolun ləğv olunmasını və ödənilmiş pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədi nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlə birlikdə X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta materialını araşdırıb, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 09 fevral 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində ödənilmiş pul məbləğinin geri qaytarılmasıda nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, X3 tərəfindən 05 mart 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PB-nin rəis müavini Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş 09 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara 15 mart 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsində baxılmış və həmin qərar ləğv edilrək işə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə qaytarılmışdır. Məhkəmə inzibati xəta materialını araşdırıb, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunması və ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunması və ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar