Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-18/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Barəsində inzibati xəta hazqqında iş üzrə icraat aparılan hüquqi şəxsz Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddələri ilə 06 dekabr 2022-ci il tarixli, MN1513345 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayənsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta hazqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 izahat verərək inzibati xəta hadisəsinin baş verdiyini, əməlindən səmimi peşman olasını nəzərə alaraqa hüquqi şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq olunasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 06 dekabr 2022-ci il tarixli, MN1513345 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən aptek təşkilatında xx.xx.2022-ci il tarixdə aparılan yoxlama zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi yenidən pozulduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Pərakəndə satış X1 X4 görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında plandankənar üzrə nəzarət yoxlaması zamanı xx.xx.2022-ci il tarixli 905№-li qərarda göstərilən nöqsanlar aradan qaldırılmadığından İXM-nin 452.3-cü maddəsinin tələbi yenidən pozulduğuna görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 aktı imza etməkdən imtina etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221874269 nömrəli çıxarışdan görünür ki, sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməməsi və ya verilmiş məlumatın yalnış olduğundan müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə plandankənar yoxlama aparılmışdır. Yoxlama materillarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılması nəticələri üzrə 25 oktyabr 2022-ci il tarixli, 905 nömrəli qərardan görünür ki, dərman vasitələrininin xüsusi saxlanma rejimini təmin edən, kondisioner və ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, dərman vasitələrinin buraxılışında əczaçılıq ixtisasına malik şəxsin olmadığı aşkar edilmiş, qeyd edilən pozuntuların 60 gün müddətində aradan qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında plandankənar növbəti yoxlama aparılması qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-3808/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respaublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.000 manat məbləğində inzibati cərimə edilmişdir Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs xx.xx.2008-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ1031, ünvan 2rbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. 452.4-cü maddəsinə əsasən 452.4. Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - vəzifəli єəxslər min beє yüz manatdan iki min beє yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.”. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının ümumi müddəalarının 1.5-ci bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır. Həmin qaydaların 4.1.2.4-cü bəndinə əsasən aptek öz funksiyalarını yerinə yetirmək üçün dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində içlik vərəqəsinin olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, DOKTA» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən aptek təşkilatında xx.xx.2022-ci il tarixdə aparılan yoxlama zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi yenidən pozulduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan hal, 06 dekabr 2022-ci il tarixli, MN1513345 nömrəli inzibati xəta haqqında protokol, X1 üzrə (növbəti) yoxlama aktı, habelə işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-18/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-18/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver