Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1800/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Amina Bahaduri tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Amina Bahaduri şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində yaşayır. Həmin dövrdən qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdən X2çqınlar üzrə ali Komisarlığının Azərcaycandakı münayəndəliyi tərəfindən verilmiş himayə sənədi verilmişdir. Lakin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarla o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası ərazisində hüquq verən sənəd olmadan yaşamasını əsas gətirərək İXM-nin 575.1.1-ci maddəsinə əsasən inzibati qərar qəbul edilərək 400manat cərmələnmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətlər etmiş, ona qərar ləğv ediləcəyi deyilmiş, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona müddətin keçməsini bildirmişlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 bildirdi ki, Amina Bahaduri barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin şəxs barəsində inzibati icraat aparılarkən Amina Bahaduri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Amina Bahaduri tərəfindən verilmiş şikayətin təmin edilməmisini ahiş etmişdir. Amina Bahaduriyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Amina Bahadurinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Amina Bahaduri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Amina Bahaduri barəsində 27 aprel 2019-cu il tarixdən şəxsin ölkə ərazisində qanunsuz yaşamasına görə 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş Himayə sənədindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Əfqanıstan Respublikasının vətəndaşı X6 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığının Bakıdakı nümayəndəliyinə qaçqın statusuna dair müracəit etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Amina Bahaduri barəsində inzibati araşdırma aparılarkən Amina Bahadurinin iştirakı təmin edilməmiş və həmçinin araşdırılma aparılmadığından Amina Bahadurinin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Amina Bahaduri tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 17 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1800/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1800/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver