Məhkəmə qərarları › İş №3(011)-1807/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1807/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1807/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" QSC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1635/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3995/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Xəlilov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsinə və zərərçəkmiş şəxslər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1635/2022 saylı icra sənədindən görünür ki, Bakı Otis Lift MMC-dən 264690.52 (iki yüz altmış dörd min altı yüz doxsan manat əlli iki qəpik) manat məbləğində pul, 3000 (üç min) ABŞ dolları dəbbə pulu (tutulduğu anda AR Mərkəzi Bankın tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun tutularaq "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 8 ay üçün ödənilməmiş əmək haqqı, həmin əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün ödənilməli məbləğin 1%-i həddində dəbbə pulu hesablanmaqla "xxxx" QSC-dən tutularaq X2 ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, X1 haqq-hesabı, yəni 2021-ci ilin iyun ayından etibarən işdən öz xahişi ilə çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti, eyni zamanda 2020-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək istifadə olunmamış məzuniyyət müddəti orta əmək haqqına müvafiq olaraq hesablanaraq, "xxxx" QSC-dən tutularaq X4 ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3995/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, "xxxx" QSC-dən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənişləri üzrə ümumilikdə 1800 manat və mənəvi zərərə görə 1000 manat, cəmi 2800 manat məbləğində təzminat tutularaq X5 ödənilməsi qət edilmişdir; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, borclu Şəxs icra sənədlərini könüllü icra etməsi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədlərini icra edilməməsi ilə bağlı məcburi gətirilməsi barədə xəbərdarlıq edilmişdir. Əmanətlərin Sığortalanaması Fondunun xx.xx.2022-ci il tarixli, **********629 nömrəli məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC-də "xxxx" QSC-yə məxsus AZ89TECİ******************** saylı hesabda 330.61 (üç yüz otuz manat altmış bir qəpik) manat məbləğində qalıq mövcuddur və icra vərəqələrinə əsasən sözügedən üzərinə həbs qoyulmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 6-3/xx/xx-5356 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-də "xxxx" QSC-yə məxsus hesablarının üzərinə bank tərəfindən 40956.48 (qırx min doqquz yüz əlli altı manat qırx səkkiz qəpik) manat məbləğində pul mövcuddur və icra vərəqələrinə əsasən sözügedən üzərinə həbs qoyulmuşdur. Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1635/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3995/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərindən məlumatı var, hal-hazırda "xxxx" QSC-yə məxsus bank hesablarının üzərində həbs vardır və demək olar ki, fəaliyyət göstərmirlər, fəaliyyəti bərpa etdikdən sonra ödəniş etmək niyyətindıdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1635/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3995/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərindən məlumatı var, icra sənədini vaxtı icra etməyə hazır olduğunu bildirmiş, lakin həmin qətnamənin icra edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1635/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3995/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Xəlilov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını, səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Xəlilov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar