Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1812/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 26 aprel 2022-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 60000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 43086.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxs tərəfindən 17 mart 2020-ci il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 60000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında alınan mallar ölkəyə idxal edilmiş, bəzi mallar 2 il müddət keçdikdən sonra daxil olmuşdur, buna səbəb isə pandemiya olmuşdur. Həmçinin o qeyd etmişdir ki, şirkət tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir, odur ki şirkət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X2, 26 aprel 2022-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 43086.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin məhkəməyə təqdim olunmuş gömrük bəyannamələrinə nəzər yetirdikdə onların xx.xx.2022-ci il tarixindən sonra tərtib olunduqlarını müəyyən etmək olar. Beləliklə o, göstərilənlərə əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin 17 mart 2020-ci il tarixli çıxarışından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 43086.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 17 mart 2020-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 30 mart 2022-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 il keçməsinə baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 aprel 2022-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 43086.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 43086.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1015, ünvan 1quqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********8229, **********6796, **********8679 saylı, xx.xx.2022-ci il tarixli **********0984, **********8839, **********1003 saylı, xx.xx.2022-ci il tarixli **********1059 saylı gömrük bəyannamələrindən məlum olur ki, mallar, hüquqi şəxs tərəfindən xarici valyutada olan pul vəsaitinin köçürülməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yəni 17 mart 2022-ci il tarixindən sonra ölkəyə daxil olmuşdur. **********84997 saylı gömrük bəyannaməsindən məlur olur ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 43086.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan 12642.00 ABŞ dolları məbləğində mallar ölkəyə xx.xx.2022-ci il tarixdə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən 17 mart 2020-ci il tarixində 60000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin, həmin ödənişdən 30444.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi, valyuta vəsaitinin geri qaytarılması və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********84997 saylı gömrük bəyannaməsindən görünür ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 60000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan 12642.00 ABŞ dolları məbləğində mallar ölkəyə ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçmədən xx.xx.2022-ci il tarixdə idxal olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixli **********8229, **********6796, **********8679 saylı, xx.xx.2022-ci il tarixli **********0984, **********8839, **********1003 saylı, xx.xx.2022-ci il tarixli **********1059 saylı gömrük bəyannamələrindən məlum olur ki, hüquqi şəxs tərəfindən sözügedən bəyannamələr xarici valyutada olan pul vəsaitinin köçürülməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yəni 17 mart 2022-ci il tarixindən sonra tərtib olunmuş, həmin bəyənnamədə göstərilmiş mallar 17 mart 2022-ci il tarixdən sonra Azərbaycan Respublikası ərazisinə idxal olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 12642.00 ABŞ dolları məbləğində malların ölkəyə ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçmədən xx.xx.2022-ci il tarixdə idxal olunmasını təqsdiq edən bəyənnaməni məhkəməyə təqdim etdiyi üçün, xaricdən qaytarılmayan məbləğ protokolda qeyd edildiyi kimi 43086.00 ABŞ dolları deyil, 30444 ABŞ dolları kimi təsbit edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin geri qaytarılmamış hissəsinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30444.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6088 (altı min səksən səkkiz) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1812/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1812/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver