Məhkəmə qərarları › İş №3(011)-1814/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1814/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1814/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxx» Firmasının səlahiyyətli nümayəndəsi Fariz Əliyevin iştiraklilə, hüquqi şəxs «xxxxxxxxxx» Firmasınınbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «xxxxxxxxxx» Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs «xxxxxxxxxx» Firması Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli sorğusuna əsasən mülkiyyətində olan «Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxx» Firmasının səlahiyyətli nümayəndəsi Fariz Əliyev təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, «xxxxxxxxxx» X3 adlı şəxs işləmir və ümumiyyətcə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin «xxxxxxxxxx» Firmasına müəssisənin mülkiyyətində olan«Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsi barədə məlumatın verilməsi haqqında sorğusu müəssisəyə daxil olmamışdır. «xxxxxxxxxx» Firması xx.xx.2016-cı il tarixdən Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 1 ünvanında uçotda olmaqla hazırda da həmin ünvanda fəaliyyət göstərir. Səlahiyyətli orqan sorğu məktubu isəünvan 1 33 mənzil 1 ünvanına göndərilmiş və həmin sorğu məktubu da xx.xx.2020-ci il tarixdəHacıyev Əli adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Sorğu barədə yalnız məhkəmə prosesində məlumatları olmuş və tərəflərindən də dərhal səlahiyyətli orqana «xxxxxxxxxx» Firmasının mülkiyyətində olan «Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin X1 olduğu bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq hüquqi şəxs «xxxxxxxxxx» Firmasının barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi«Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs «xxxxxxxxxx» Firmasından xahiş olunmuşdur; SS672602633AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu «xxxxxxxxxx» Firmasına xx.xx.2020-ci il tarixdəHacıyev Əli adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs «xxxxxxxxxx» FirmasıBakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin «xxxxxxxxxx» Firmasına ünvanladığı xx.xx.2020-ci il tarixli, 101-17918 saylı məktubundan və xx.xx.2020-ci il tarixli reyestrindən görünür ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP ******* saylı protokol«xxxxxxxxxx» Firmasının ünvan 1 33 mənzil 1 ünvanına göndərilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2016-cı il tarixli, **********2 nömrəli arayışından görünür ki, hüquqi şəxs «xxxxxxxxxx» Firması olduğu yer üzrə, yəni Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 1 ünvanına xx.xx.2016-cı il tarixdə uçota alınmışdır; «xxxxxxxxxx» Firmasının Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, müəssisə tərəfindən səlahiyyətli orqana «xxxxxxxxxx» Firmasının mülkiyyətində olan «Toyota Camry» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin X1 olduğunu bildirmiş və mövcud olan və ya ola biləcək hər hansı bir inzibati xəta haqqında protokolun onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüquqi şəxs «xxxxxxxxxx» Firmasının səlahiyyətli nümayəndəsi Fariz Əliyevin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs «xxxxxxxxxx» Firması tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu ünvan 1 33 mənzil 1 ünvanına göndərilmiş və həmin sorğu məktubu da xx.xx.2020-ci il tarixdəHacıyev Əli adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, Hacıyev Əli «xxxxxxxxxx» Firmasının əməkdaşı olmamış və ümumiyyətcə səlahiyyətli orqanın sorğu məktubu hüquqi şəxsin ünvanına göndərilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2016-cı il tarixli, **********2 nömrəli arayışından da görünür ki, hüquqi şəxs «xxxxxxxxxx» Firması olduğu yer üzrə, yəni Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 1 ünvanına xx.xx.2016-cı il tarixdə uçota alınmışdır. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs «xxxxxxxxxx» Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «xxxxxxxxxx» Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar