Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-182/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun 06 noyabr 2023-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 09:05-də Xətai rayonu, A.Cəlilov küçəsi ilə yolun soldan 2-ci hərəkət zolağı ilə saatda 20-30 km sürətlə Y.Səfərov küçəsi istiqamətində hərəkətdə olarkən, A.Cəlilov küçəsini sağdan sola keçən piyada X2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 19 oktyabr 2023-cü il tarixdə saat təxminən 09:05 radələrində idarə etdiyi “Kia Pikanto” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, 8 noyabr prospektindən A.Cəlilov küçəsinə daxil olaraq yolun soldan 2-ci hərəkət zolağı ilə saatda 20- 30 km sürətlə Y.Səfərov küçəsi istiqamətində hərəkətdə olarkən, qarşısında sağ tərəfdən hərəkətdə olan avtomobilin qabağında yolu iti yerişlə sağdan sola keçən qadın piyada qəflətən qarşısına çıxmış və o avtomobili saxlaya bilməyərək həmin qadını avtomobilinin qabaq sol hissəsi ilə vurmuşdur. Dərhal avtomobildən düşərək qadına yoldan qalxmasına kömək etmiş və öz avtomobilinə otuzduraraq qadını “Mediland” hospitalına aparmışdır. Hospitalda bilmişdir ki, avtomobillə vurduğu qadının adı Qasımlı Kəmalədir. Kəmaləni müayinədən keçirtmiş və məlum olmuşdur ki, onun omba sümüyündə sınıq var. Sonra isə Kəmaləni öz istəyi ilə “Travmatologiya” xəstəxanasına apararaq orada həkim müayinəsindən keçirmişdir. Daha sonra isə 25 saylı poliklinikaya aparmış və oradan da evinə aparıb düşürmüşdür. Xəstəxanada olarkən Kəmaləyə müalicəsi üçün 200 manat pul vermişdir və müayinələrə 200 manat pul xərcləmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 2/40196 №-li 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 1224 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X1 bel nahiyəsinin şişkinlik və hərəkət məhdudluğu ilə müşaiyət olunmuş əziyi, sağ dirsək və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarət bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 29 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-182/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-182/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver