Məhkəmə qərarları › İş №3(011)-1821/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1821/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1821/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 18 aprel 2022-ci il tarixli 14000-0241/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli **********7695 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3265.80 litr spirtli içki məmulatları və reklam materialları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlancda olan malların 739.20 litr rəsmiləşdirilmiş və 2526.60 litr spirtli içki məmulatlarının və rüklam materiallarının saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin mallar üçün nəzərdə tutlmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq malların rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamış və Şəxs tərəfindən saxlanca götürülən, rəsmiləşdirilməmiş mallar anbarda toxunulmadan saxlanılmışdır. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gömrük Əməliyyat İdarəsinin rəisi Toğrul Həbibbəyli tərəfindən tətrib edilmiş 30 mart 2022-ci il tarixli, 34/012/001161 nömrəli raportdan göründüyü kimi, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********7695 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3265.80 litr spirtli içki məmulatları və reklam materialları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlancda olan malların 739.20 litr rəsmiləşdirilmiş və 2526.60 litr spirtli içki məmulatlarının və reklam materiallarının saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq malların rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 2526.60 litr spirtli içki heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar