Məhkəmə qərarları › İş №3(011)-1834/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1834/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1834/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, X1 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 23 fevral 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin protokola yenidən obyektiv şəkildə baxılması üçün X3 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 23 fevral 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokol tərtib edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş protokolun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə ərizəi və ona əlavə edilmiş sənədi nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlə birlikdə X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Təqdim edilmiş sənədlərdən görünür ki, X3 barəsində inzibati xəta haqqında tərtib edilmiş protokolu, həmin protokola əsasən qəbul olunmuş qərarı ərizəyə əlavə etməmişdir. Bundan başqa təqdim olunan ərizəə imza edilməmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunmasına dair ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunmasına dair ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar