Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1841/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 və DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokolun xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi məqsədi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)-3737/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra avtomobili texniki baxışdan keçirmək istəmiş, lakin müvafiq protokol sistemdən silinmədiyi üçün avtomibili texniki baxışdan keçirməmişlər. Buna görə də, barəsində xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ9230333 saylı, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı protokol tərtib edilmişdir.Tərəfindən AR Baş Dövlət Yol Polis İdarəsinin rəisi cənab Ramiz Zeynalova xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokolun sistemdən silinməsi ilə bağlı müvafiq göstəriş verməsi üçün ərizə ilə müraciət edilmişdir. Nəticədə, həmin protokol yeni sistemdən silinmişdir. Lakin xx.xx.2022-ci il tarixli, EQ8731816 saylı, xx.xx.2022- ci il tarixli, EQ9034811 saylı, xx.xx.2022-ci il tarixli EQ9230333 saylı, xx.xx.2022-ci il tarixli, EQ9739270 saylı protokollar sistemdən silinməmişdir. Bu barədə yenidən AR Baş Dövlət Yol Polis İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət edildikdən sonra xx.xx.2022-ci il tarixdə ona AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən 046-22642N-3222 saylı cavab məktubu göndərilmişdir. Cavab məktubunda Sabunçu Rayon Məhkəməsinin 3(008)- 3737/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti veriləcəyi və nəticədən asılı olaraq xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı protokolların sistemdən silinməsinin təmin olunacağı göstərilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən bir-neçə dəfə Sabunçu Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məkəməsinə Sabunçu Rayon Məhkəməsinin 3(008)-3737/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilib-verilmədiyini bilmək üçün müraciət etmişdir. Lakin hər dəfəsində Sabunçu Rayon Məhkəməsindən əldə etdiyi məlumata əsasən müvafiq qərardan apellyasiya şikayəti verilmədiyi bildirilmişdir. Buna görə də, artıq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, əlavə edilmiş qərardan da göründüyü kimi Sabunçu Rayon Məhkəməsinin 3(008)-3737/2021 saylı qərarı xx.xx.2022ci il tarixdə çıxarılmışdır. Lakin bu günədək 7 aydan artıq vaxt keçməsinə baxmayaraq müvafiq qərardan apellyasiya şikayəti verilməmişdir. Hazırda onun hüquqları kobud şəkildə pozulur və avtomobili texniki baxışdan keçirə bilmədiyi üçün hər ay müvafiq protokollar tərtib edilir. Müvafiq cərimələr ödənilmədiyi üçün həmin məbləğin üzərinə əlavə faiz ödənişləri gəlir. Qeyd edilənlərə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5 bildirdi ki, X2 barəsində İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şahin Novruzov həmin qərardan Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsininxx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin Sabunçu Rayon Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verilmiş və bu səbəbdəndə həmin qərar qanuni qüvvəyə minməmişdir. Həmin qərar sistemdə göründüyündən “Nissan Navara” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşının texniki baxışdan keçirilməsi qeyri mümkün olmuşdur. Bu səbəbdəndə xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı, xx.xx.2022ci il tarixli, EQ ******* saylı, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokollar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 339-cü məddənin qeyd hissəsində şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Qeyd edilənlərə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Nissan Navara” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Y.Səfərov küçəsində texniki baxışdan keçirmədən sürüldüyündən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 339-cü məddənin qeyd hissəsində şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1841/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1841/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver