Məhkəmə qərarları › İş №3(011)-1845/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1845/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1845/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, X1, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, Füzuli rayonunun, Aybasanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov 35/43 MKT yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(010)- 577/2016 saylı icra vərəqəsinə əsasən, 26 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, 26 may 2013-cü il təvəllüdlü X6 03 (üç) yaşına çatanadək cavabdeh Şəxs maddi kömək olaraq hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(010)-577/2016 saylı icra vərəqəsinə əsasən, 26 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, 26 may 2013-cü il təvəllüdlü X6 03 (üç) yaşına çatanadək cavabdeh Şəxs maddi kömək olaraq hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Şəxs oğlu icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq ümumilikdə borclu olduğu 3.159 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərtib etdiyi 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(010)-577/2016 saylı icra vərəqəsinə əsasən, 26 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, 26 may 2013-cü il təvəllüdlü X6 03 (üç) yaşına çatanadək cavabdeh Şəxs maddi kömək olaraq hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq ümumilikdə borclu olduğu 3.159 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Borclunun bu günədək icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra vərəqəsini icra etməmiş, icra sənədi üzrə borcdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(010)-577/2016 saylı icra vərəqəsinə əsasən, 26 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi və 26 may 2013-cü il təvəllüdlü X6 03 (üç) yaşına çatanadək ondan maddi kömək olaraq hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. O, bu günki günə kimi heç yerdə işləmədiyindən aliment borcunu ödəyə bilməmişdir. O, aliment borcunu ödəməkdaən yayınmır və gələcəkdə ödəməsinə söz verir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahat verərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(010)-577/2016 saylı icra vərəqəsinə əsasən, 26 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona verilməsi və 26 may 2013-cü il təvəllüdlü X6 03 (üç) yaşına çatanadək cavabdeh Şəxs maddi kömək olaraq hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs bü günə kimi bir dəfə də olsun övladı ilə maraqlanmamışdır. O, övladına tək baxır, valideyinlərinin yaşadığı evdə qalaraq. Məhkəmədən Şəxs aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə, icra məmurunun, borclunun və tələbkarın izahatlarını, həmçinin iş materialını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, icra məmurunun və borclunun izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, onun icra vərəqəsini qərəzli olaraq icra etməməsini, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq Şəxs həmin maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 may 2021-ci il tarixindən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar