Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1845/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X4 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul "xxxx" MMC-nin direktoru X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarı poçt vasitəsi ilə 04 may 2022-ci il tarixdə almışam. "xxxx" MMCnin direktoru olaraq müəssisənin işçisi olan X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında 1200 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, 2021-ci ilin sentyabr ayının sonunda "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsində işləyən X7 "xxxx" MMC-nin sürücüləri olan Ələddin Abdullayevə və Elşad İbrahimova yalnış məlumat verərək, bəzi fərdi sahibkarlara (müştərilərə) məxsus ticarət obyektlərinə göndərmək üçün şirkətin anbarından çıxarılmış ümumi dəyəri 11.325,98 manat olan malları həmin şəxslərə deyil, digər ticarət obyektinə göndərmiş, sürücü-ekspeditorlar V.E.Cəfərovun tapşırığını icra etmiş və malları onun dediyi ticarət obyektinə təhvil vermişdirlər. X7 isə bu malları sözügedən ticarət obyektindən götürərək onları qanunsuz olaraq digər yerlərdə (mağazalarda) sataraq, satışdan əldə etdiyi 11.325,98 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Bu fakt "xxxx" MMC ilə sözügedən fərdi sahibkarlar arasında hesabların qarşılıqlı üzləşməsi aparılarkən aşkar edilmişdir. Buna dair müvafiq üzləşmə aktları imzalanmışdır. Qeyd olunan faktla bağlı X7 xx.xx.2021-ci il tarixdə yazılı izahat vermiş və etiraf etmişdir ki, sürücü-ekspeditorları aldadaraq malları satıb 11.325,98 manat məbləğində pul vəsaitini mənimsədiyini etiraf etmişdir. Bundan əlavə, X2 "xxxx" MMC-nin qarşısında borc öhdəliklərinin müəyyən edilməsi üçün audit yoxlaması keçirilmiş və xx.xx.2021-ci il tarixli Müstəqil Auditor rəyi ilə V.E.Cəfərovun "xxxx" MMC-nin qarşısında 11.325,98 manat məbləğində borcun olması müəyyən olunmuşdur. X7 barəsində cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsi və müəssisəmizə vurulmuş zərərin ödənilməsi ilə bağlı Gəncə Şəhər Polis İdarəsinə müraciət olunmuşdur. Halhazırda iş Qazax RPŞ-nin İstintaq Bölməsindədir. Buna dair Arayış X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olurmuşdur. Mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin c) bəndini nəzərə alaraq X7 29 oktyabr 2021-ci il tarixdən başlayaraq yuxanda göstərilən faktlar üzrə hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək işdən kənar edilmişdir. AR Əmək Məcəlləsinin tələblərinə görə işdən kənar edilən vaxt ərzində V.E.Cəfərova əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin, X6 Xidmətinin Bakı şəhər İdarəsi bu faktları nəzərə almamış və onu vəzifəli şəxs kimi AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki, Vüsal Cəfərov işdən azad olunmamışdır, əmək qanunvericiliyi çərçivəsində işdən kənar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X4 göstərdi ki, şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 şikayəti əsassız hesab edərək bildirdi ki, X2 əmək məzuniyyət hüquqları, ezamiyyə xərcləri, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinat və digər ödənişlərin hesablanması qaydası pozulduğundan "xxxx" MMC-nin direktoru X8 barəsində 26 aprel 2022-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" MMC-nin İdarə direktoru X3 barəsində tərtib edilmiş 15 aprel 2022-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X2 müraciətinə baxılarkən əmək haqqının ödənilməməsinə görə qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X2 əmək məzuniyyət hüquqları, ezamiyyə xərcləri, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinat və digər ödənişlərin hesablanması qaydası pozulduğundan, "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X7 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayının əmək haqqları ödənilməmişdir. Bundan başqa o, işdən çıxarılması üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış olan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, audit zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixinə X2 "xxxx" MMC qarşısında 11325.98 manat borc öhdəliyi mövcuddur. Bu səbəbdən də borcun alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Hüquq mühafizə orqanları və məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək xx.xx.2021-ci il tarixli 23 saylı əmrlə X7 işdən kənarlaşdırılmış, 2021-ci ilin noyabr ayının etibarən X2 işə gəlmədiyi və əmək funksiyalarının yerinə yetirilmədiyi aktlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1845/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1845/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver