Məhkəmə qərarları › İş №3(011)-1847/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1847/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1847/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 və DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 26 mart 2022-cı il tarixdə Muğanlı-İsmayıllı yolunun 9cu km-liyində ona məxsus “Mercedes” avtomobili ilə hərəkət edərkən saat 15:30 radələrində YPX onu saxlamış və AR DİN BDYPİ inspektoru Polis Baş X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onunm İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokola etiraz bildirmiş olduğu üçün şikayətinə 08 aprel 2022-cı ildə BDYPİ-də baxılmışdır. Baxış zamanı patrul avtomobilinə quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş görüntülərə baxılmış, lakin görüntüdə onun qayda pozuntusu sübuta yetirilməmişdir. Belə ki, patrul xidmətinin kamerasındakı görüntülərdən onun hərəkət etdiyi avtomobil yolun nahamar və kələ kötür olduğundan qismən yolun ortasına meyilli hərəkət etdiyindən arxada gələn avtomobili ötmə əməliyatı etdiyi iddia edilir. Arxadan gələn avtomobil ilə onun avtomobili arasındakı məsafə sübut edir ki, ötmə əməliyatı olmayıb. BDYPİ-nin inspektoru əsaslandırmadan və heç bir qanuna istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsindəki protokolun qüvvədə qalması qərarı verilib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X12 bildirdi ki, xx.xx.2022-ci il tarixdə X4 İsmayıllı yolunun 9-cu km qayda pozuntusu törətdiyindən həmin şəxs barəsində İXM-nin 327.2-c maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X6 həmin qərardan razı qaldığından Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı X5 video görüntü göstərilmiş və pozuntunun mahiyyəti başa salınmışdır. Bundan baş X6 Baş Dövlət Yol Polis İdarəsinə ünvalamış olan ərizəsindən də görünür ki, həmin yol bərbad olduğundan avtomaşını sağa və sola çəkməli olmuşdur. İXM-nin 327.2-ci maddəsinin dispozisiyasından görünür ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasının pozulmasıda həmin maddənin tərkib hissəsini yaradır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 26 mart 2022-ci il tarixdə “Mercedes E 270 CDİ” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Muğanlı İsmayıllı yolunun 9-cu km əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X6 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar