Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1849/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-si tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-si tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai RPİ-nın 3B-cı polis bölməsinin əməkdaşları tərəfindən barəsində MN ******* seriyalı, 16.03.2021-ci il tarixli protokol tərtib edilmişdir. 16.03.2021-ci il tarixdə isə həmin protokola əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərar ona 25.04.2021-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzlidir və qanunsuzdur. Belə ki, qeyd edilən tarixdə polis əməkdaşları Xətai rayonu ərazisində yerləşən “Kristal Çay” evinə daxil olmuş və karantin qaydasının pozulduğunu iddia etmişlər. Eyni vaxtda ona mobil telefon vasitəsi ilə zəng edərək obyektə gəlməyini tələb etmişlər. Telefon vasitəsi ilə həmin obyektin artıq xeyli müddətdir ki, istifadəsində olmadığını desə də buna məhəl qoyulmamışdır. Bu halda obyektin icarədarnı müəyyən etmək əvəzinə onun məlumatlarını elektron sistemdən götürərək ona protkol tərtib etmişlər. Həmin gün X7 Quliyev Xətai rayon 36-cı polis bölməsinə zəng edərək yaxınlaşmağını tələb etdi. Cavid Quliyevin iş otağında olan zaman da həmin obyekti bir müddət öncə təhvil verdiyini və başqa obyekt götürdüyünü desə də buna məhəl qoyulmayaraq protokol ona təqdim edilmiş və orada protokoldan imtina etdiyini yazaraq qeyd etmişdir. Hesab edir ki, bu hal qanunsuzdur və iddia edilən nöqsan aşkarlandığı halda protokol obyekt üzərində mülkiiyət hüququ olan və ya icarədarı olan şəxs aşkar edilərək ona münasibətdə tərtib edilməli idi. Bu halda hesab edir ki, barəsində qəbul edilmiş qərar qərəzlidir, qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında X6 oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 16.03.2021-ci il tarixdə polis əməkdaşları işlədiyi Kristal Çay evinə gəlmiş, otaqlara baxış keçirmiş, hər hansı bir pozuntu aşkar etməmişlər. Otaqların birində vitrin qəlyan olmuş, həmin qəlyan görnüş üçün qoyulmuş, ondan heç kim istifadə etməmişdir. Polis əməkdaşları orada olan zaman da, qəlyanının istifadə olunmamasını görmüşlər. Müştərilər də, qəlyandan istifadə etmədiklərini demişlər. Bundan sonra polis əməkdaşları getmiş, daha sonra nə baş verməsini bilməmişdir. Həmin dövrdə çay evini X3 deyil, Rüfət adlı şəxs işlətmişdir. Məhkəmə iclasında şahid X2 oxşar izahat vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 16.03.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 16.03.2021-ci il tarixdə X.Məmmədov küçəsi 11 saylı binada yerləşən Kristal çay evində qəlyan verilməsi əsas gətirilərək barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-si tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 16.03.2021-ci il tarixdə Kristal çay evində qəlyan verilməsi, karantin qaydasının tələblərini pozması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X3 hər hansı inzibati xətanı törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 16.03.2021-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət qismən əsaslıdır. Məhkəmə iclasında şikayətçinin vəsatəti əsasında dindirilmiş şahidlər polis əməkdaşlarının işlədikləri Kristal Çay evinə gəlib baxış keçirdiyini, hər hansı bir pozuntu aşkar etmədiklərini, otaqların birində vitrin qəlyan olduğunu, həmin qəlyanın görnüş üçün qoyulduğunu, ondan heç kimin istifadə etmədiyini, polis əməkdaşlarının da orada olan zaman qəlyanının istifadə olunmamasını gördüklərini, müştərilərin də, qəlyandan istifadə etmədiklərini dediklərini, həmin dövrdə çay evini X3 deyil, Rüfət adlı şəxsin işlətdiyini göstərmişlər. Kafenin sahibinin şikayətçi olması, həmin dövrdə şikayətçinin istifadəsində olması, şikayətçinin vəzifəli şəxs olması iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda, şikayətçi inzibati xəta haqqında protokol tərtib edilərkən protokola etiraz etdiyini, buna baxmayaraq qərar qəbul edilərkən iştirakının təmin edilmədiyini göstərmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-si tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-si tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1849/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1849/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver