Məhkəmə qərarları › İş №3(011)-1851/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1851/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1851/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, 20 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi,ev 13/96 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 10.03.2021-ci il tarixdə ünvan 3 ünvanında X2 ilə mübahisə etmişlər və mübahisə zamanı sonuncuya xəsarət yetirməklə sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlu tərəfindən 07.04.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin sahə inspektoru İslam Cəfərov tərəfindən 05 may 2021-ci il tarixdə, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 10.03.2021-ci il tarixdə işdən evə gəlmiş, evə daxil olduğu zaman hamamdan qeyri aadi səs eşitmiş və dərhal həyat yoldaşından hamamda kim olduğunu soruşmuş və həyat yoldaşı ona böyük oğlunun olduğunu bildirmiş, o, dərhal hamam otağının qapısını açmış və oğlunun dəm qazından halının pis olduğunu görüb təcili yardıma zəng vurub çağırmışdır. Təcili yardım gəlib oğlunu müayinə etmiş, 3 saylı xəstəxanaya apardığı zaman Cəmilə 2-ci mərtəbənin pəncərəsindən baxaraq nalayiq ifadələrlə onları təhqir etmişdir. O, oğlunun dalınca getmişdir. Orada müayinə olunduqdan sonra ciddi xəsarət olmadığına görə onları evə buraxmışlar. Evə gəldikdən sonra Cəmilə ilə onun arasında heç bir münaqişə və dava-dalaş olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək göstərmişdir ki, 11.03.2021ci il tarixdə Təbrizlə eyni ünvanda keçmiş həyat yoldaşının 2-ci arvadından olan oğlu Təbriz yaşadığı evin 2-ci mərtəbəsinə daç ataraq onu küçə söyüşləri ilə təhqir etmiş və üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. O, Şəxs bağışlamır və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 07 aprel 2021-ci il tarixli, 182 saylı ekspert rəyindən görünür ki, Cəmilə Hüseynovada alt dodağın və alt damağın qansızmaları, hər iki əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən 10.03.2021-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən hesab edir ki, Şəxsnın barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar