Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1852/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 vəkili X4 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 25.04.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 12.05.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2022-ci il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi “Ford Focus” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 Noyabr prospekti ilə A.Cəlilov küçəsi istiqamətində hərəkətdə olarkən “Amay” ticarət mərkəzinin qarşısında olan işıqforda qırmızı işıqda dayanmış X2 idarə etdiyi “Lexus” markalı **-AC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 vəkili X6 bildirmişdir ki, hüquqların müdafiə etdiyi H.Mirzəyev Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin 12.05.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 25.04.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ vasitəsilə Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; 16.04.2022-ci il tarixli 2/12591 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur; 15.04.2022-ci il tarixli 2/12497 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, X5 hadisə zamanı ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 400 nömrəli 18 aprel 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X3 başın alın-təpə nahiyəsinin dərialtı hematoması, boyun əzələlərinin gərilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş 15.04.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəyini, zərərçəkmiş şəxsin vəkilinin izahatını, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 25.04.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1852/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1852/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver