Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1853/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Xətai rayonu, S.Orucov, ev 3, mənzil 34-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 01.04.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 22.04.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 mart 2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Seat İbiza” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Nargilə dairəsi istiqamətində hərəkətdə olarkən qarşıda hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Rio” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncunun avtomobili qarşıda işıqforun qırmızı işığında dayanan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 05 mart 2021-ci il tarixində Nobel prospekti ilə Nargilə dairəsi istiqamətində soldan 1-ci hərəkət zolağı ilə saatda 60 km surətlə hərəkətdə olarkən saat təxminən 17 radələrində “Asiman” şadlıq sarayının qarşısında olan işıqfora çatarkən qarşısında hərəkət edən “Kia” markalı avtomobil sol istiqamətdə qarşısına keçmişdir və o, avtomobilini saxlaya bilməyərək həmin avtomobillə toqquşmuşdur. “Kia” markalı avtomobil isə qarşıda dayanmış “Mercedes” markalı avtomobilə dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞnin Axtarış üzrə inspektoru polis kapitanı X3 izahatında bildirmişdir ki, Şəxs 05 mart 2021-ci il tarixində 17:00 radələrində “Seat İbiza” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 17 mart 2021-ci il tarixli 184 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə beyin travması, başın sol təpə nahiyəsində hematoma, sol gözaltı, üst dodaq, sağ bazu, sol said və döş qəfəsi nahiyələrində qanşırlar, hər iki əlin arxa səthi və sağ əlin V barmağı nahiyələrində sıyrıqlar küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan 05.03.2021-ci il tarixdə və şəraitdə yəni, sürücü qismində idarə etdiyi minik avtomobilini digər minik avtomobillə arxadan vurulması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs1 bədənindəki xəsarətlər qısa müddət ərzində yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barədə fikir söyləmək mümkün olmamışdır. Vətəndaş Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05.03.2021-ci il tarixli 2/5665 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olduğu müəyyən edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05.03.2021-ci il tarixli 2/5682 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs2 sərxoş olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 01.04.2021-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmasını və onun hadisənin qarşısını almağa texniki imkanının olduğunu nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 22.04.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxsoğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1853/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1853/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver