Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1857/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, zərərçəkim şəxs X4 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 mənzil 89 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs1 yazılı və şifahi xəbərdarlıq edilərək əmrin icrası tələb olunmuşdur. Borclu, Şəxs1 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkim şəxs X4 nümayəndəsi X5 bildirdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı icra vərəqəsi ilə cavabdeh Şəxs1 qaytarılmamış borca görə 64149 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 64179 (altmış dörd min yüz yetmiş doqquz) manat alınaraq iddiaçı X6 ödənilməlidir. Borclu tərəfindən möcud olan 64179 (altmış dörd min yüz yetmiş doqquz) manat borcdan indiyədək 1000 manat ödəniş etmiş, dəfələrlə söz verməsinə baxmayaraq ödəniş etməmiş, borc məbləğini ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən borclu barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı icra vərəqəsi ilə ondan qaytarılmamış borca görə 64149 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 64179 (altmış dörd min yüz yetmiş doqquz) manat alınaraq iddiaçı X6 ödənilməlidir. Möcud olan 64179 (altmış dörd min yüz yetmiş doqquz) manat borcdan indiyədək müxtəlif vaxtlarda 1000 manat, 2019-cu ilin sentyabr ayınadək isə hissə-hissə olmaqla 3000 manat ödəniş etmiş, qalan borcu isə işləmədiyindən və maddi imkanı olmadığından ödəmək imkanı olmamışdır. İcra vərəqsi ilə ona qoyulan öhdəliklərdən boyun qaçırmadığını, işsiz olduğu üçün ödəyə bilmədiyini və əməlindən səmimi peşman olmağını, vaxt verildiyi halda borcundan ödəyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı icra sənədinə əsasən Şəxs1 qaytarılmamış borca görə 64149 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 64179 (altmış dörd min yüz yetmiş doqquz) manat alınaraq iddiaçı X6 ödənilməlidir; icraata başlama haqqında xx.xx.2017-ci il tarixli 230215 saylı qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs1 göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı və Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(094)-542/2017 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs1 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs1 borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs1 qismən ödəniş etməsinə münasibətdə qeyd edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11715/2016-cı nömrəli icra sənədinin hissə-hisssə icra edilməsi barədə müvafiq məhkəmə qərarı olmamışdır. Şəxs1 dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 5xx xxxxxxxx 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1857/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1857/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver