Məhkəmə qərarları › İş №3(011)-1858/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1858/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1858/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Kənan Bayramlının iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Xətai rayonu M.Hadi küçəsində köməkçi yolda Əhmədli metrostansiyasının yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı idarə etdiyi “Mercedes” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman avtomobilinin qarşısına qəflətən bir nəfər şəxs (qadın) çıxmış və yol nəqliyyat hadisəsi törənmişdir. Xətai rayonu M.Hadi küçəsi 130 ünvanında ona polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə dəvət etmiş, bu zaman o, polis əməkdaşlarına qarşı tabesizlik göstərərək onların polis bölməsinə dəvəti barədə qanuni tələblərinə əməl etməmiş, uzaqlaşmaq istəmiş, polis əməkdaşları onu saxlayaraq 34-cü PŞ-nə gətirmiş və orada barəsiəndə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, hadisə zamanı özündə olmamasını və həyacanlı olmasını nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Kənan Bayramlı tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Xətai RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşıdır. xx.xx.2020-ci il tarixdə M.Hadi küçəsində “Mercedes” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs baş vermiş hadisə ilə bağlı saxlanılmış və polis bölməsinə dəvət olunmuş, sonuncu onların qanuni tələbinə məhəl qoymayaq tabesizlik göstərərək qaçmağa başlamış, sonra tərəflərindən saxlanaraq 34-cü PŞ-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Seyid Həsən tərəfindən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə M.Hadi küçəsində köməkçi yolda Əhmədli metrostansiyasının yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “Mercedes” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs baş vermiş hadisə ilə bağlı M.Hadi küçəsi 130 ünvanında o, RPİ-nə dəvət olunsa da polisin qanuni tələbinə məhəl qoymayaq tabesizlik göstərərək qaçmağa çalışmış, saxlanaraq 34-cü PŞ-nə təhvil verilmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər; xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi;. inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 001595 saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə 16:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar