Məhkəmə qərarları › İş №3(011)-1867/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1867/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1867/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 36 saylı Notariat Kontoru tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, 8i- 3241 nömrəli icra qeydi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)-3591/2021 saylı və 12 iyun 2020-ci il tarixli, 2(011)-2212/2020 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən 19 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra icra məmuru Vidadi Mahmudov məhkəməyə verdiyi izahatında göstərdi ki, 36 saylı Notariat Kontoru tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, 8i-3241 nömrəli icra qeydi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)-3591/2021 saylı və 12 iyun 2020-ci il tarixli, 2(011)-2212/2020 saylı icra sənədləri üzrə 5742 manat ödəniş olunmalı idi. 19 may 2022-ci il tarixdə Şəxs tərəfindən 1000 manat ödəniş edilmiş və hazırda həmin şəxsin 4742 manat borcu qalmaqdadı. Yaranmış zərurətlə bağlı olaraq Şəxs barəsində tərtib edilmiş inzibati protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 36 saylı Notariat Kontoru tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, 8i- 3241 nömrəli icra qeydi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)-3591/2021 saylı və 12 iyun 2020-ci il tarixli, 2(011)-2212/2020 saylı icra sənədləri üzrə borcu yaranmışdır. Həmin borcdan qismən ödənişlər etmiş və qalan borcun tez bir zamanda ödəyəcəyini bildirmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 27 may 2022-ci il tarixli məktubundan görünyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun Xətai Rayon İcra Şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar